Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Finalda sevimli fəndimi işlətdim, amma sonra olanlar planlarımı pozdu" - Dünya 2-cisi
    28.10.2026 18:13:33

    Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında uğurlu çıxış edən yunan-Roma güləşi üzrə millimiz vətənə qayıdıb.

    Prosport.Az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda 2 qızıl və 1 gümüş medalla komanda hesabında dünya ikincisi olan yığmamızın təntənəli qarşılanma mərasimi keçirilib.

    Daha sonra yığma üzvləri fikirlərini bölüşüblar.

    Nurəddin Rəcəbov, böyük məşqçi: “Bu dünya çempionatı çox güclü keçdi. Qızıl medallarımızı tarixi nəticə saymaq olar. Eldəniz Əzizli beşqat dünya çempionu oldu və Sənan Süleymanov olimpiya çəkisində 15 ildən sonra ölkəmizə DÇ-də qızıl medal qazandırdı. Qarşıdan gələn Olimpiya Oyunlarına ümidimiz daha da artdı. Çünki biz idmançıları bu yarışlarda görüb, tam hiss edirik ki, onlar nəyə qadirdir. Bəzi səhvlər var. Medallarımız daha çox ola bilərdi. Bəzi görüşlərdə tələskənliklər oldu. Bu səhvləri aradan qaldıra bilərik. Dünyada 2-ci yerə çıxmaq həqiqətən qürurvericidir. Azərbaycan Güləş Federasiyası, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinə təşəkkürümü bildirirəm. İlboyu təlim-məşq toplantılarıyla və vitaminlərlə təmin olunduq. Bu medallarda əziyyəti olan valideynlərə və bütün məşqçilərə təşəkkür edirəm”.

    Eldəniz Əzizli (55 kq), dünya çempionu: “Həqiqətən çox sevincliyik, xüsusi hisslər keçiririk. Sevincli olmağımızın səbəbi tək özümüz üçün yox, həm də komanda üçündür. Dünya ikincisi olmağımız Azərbaycan idmanı üçün böyük nəticədir. Bizi qarşıda daha mötəbər yarışlar gözləyir. Müəyyən səhvlərimiz var. Onları düzəldib, yeni ildən yarışlara start verərək daha uğurlu nəticələr qazanmağa çalışacağıq”.

    Sənan Süleymanov (77 kq), dünya çempionu: “Dünya çempionatında 3-cü dəfə finalda güləşdim. Həmişə bu kəmərin arzusunda olmuşam, dünya çempionu olmaq istəmişəm. İki dəfə finalda məğlub olmuşam, amma bu dəfə doğrudan da çox yaxşı hazırlaşmışdım və şükürlər olsun ki, bu dəfə istəyimə nail oldum, dünya çempionu oldum. Dünya çempionatında zəif rəqib yoxdur, hər biri ciddi rəqibdir. Dünya çempionatına getməmişdən bir müddət əvvəl rəqiblər bəlli olur. Təlim-məşq toplanışlarında bütün rəqibləri analiz edirik. Rəqiblərimə qarşı yaxşı hazırlaşmışdım. Allaha şükür ki, nəticə istədiyim kimi alındı”.

    Nihat Məmmədli (63 kq), dünya ikincisi: “Özümə inanırdım. Məqsədim 2-ci dəfə dünya çempionu olmaq idi. Final görüşünə də yaxşı başlamışdım. Sevimli fəndimi işlətdim. Amma daha sonra olanlar bir az planlarımı pozdu. Əks-fəndə düşdüm. Daha sonra rəqib xalda önə keçdi və məğlub oldum. Ruhdan düşmürəm. Yenidən eyni məqsədlə yoluma davam edəcəyəm”.

    Futbol

    "Növbəti oyunlarda qələbələr qazanaraq təcrübələrini artıracaqlar" - Famil Xəlilov

    28.10.2026 20:20:03
    Futbol

    "Qarşımızda güclü akademiyaların komandaları dayanır" - Rəşad Sadiqov

    28.10.2026 20:03:23
    Futzal

    "Araz-Naxçıvan" ikinci oyunda Bosniya və Herseqovina klubuna uduzdu

    28.10.2026 19:57:51
    Futbol

    "Bu görüşün təxirə salınması üçün müraciət etməyi düşünürük" - "Qarabağ"ın baş məşqçisi

    28.10.2026 18:47:39
    Futbol

    "Finalda sevimli fəndimi işlətdim, amma sonra olanlar planlarımı pozdu" - Dünya 2-cisi

    28.10.2026 18:13:33
    Futbol

    Azərbaycan Kuboku: "Şəfa" darmadağınla "Neftçi"yə rəqib oldu

    28.10.2026 17:56:23
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Növbəti oyunlarda qələbələr qazanaraq təcrübələrini artıracaqlar" - Famil Xəlilov

    28.10.2026 20:20:03

    "Qarşımızda güclü akademiyaların komandaları dayanır" - Rəşad Sadiqov

    28.10.2026 20:03:23

    "Araz-Naxçıvan" ikinci oyunda Bosniya və Herseqovina klubuna uduzdu

    28.10.2026 19:57:51

    "Neftçi" Rumıniya klubuna uduzdu

    28.10.2026 19:17:48

    "Bu görüşün təxirə salınması üçün müraciət etməyi düşünürük" - "Qarabağ"ın baş məşqçisi

    28.10.2026 18:47:39

    "Finalda sevimli fəndimi işlətdim, amma sonra olanlar planlarımı pozdu" - Dünya 2-cisi

    28.10.2026 18:13:33

    Azərbaycan Kuboku: "Şəfa" darmadağınla "Neftçi"yə rəqib oldu

    28.10.2026 17:56:23

    "Qarabağ" - "Dinamo": Azərbaycan çempionu ilk dueli uduzdu

    28.10.2026 17:24:10

    "Səbail"in prezidenti təhqirə görə ağır cəza aldı

    28.10.2026 16:59:11

    "Neftçi"nin legionerinə 2 oyunluq cəza, "Qarabağ"a 6 min cərimə

    28.10.2026 16:51:29

    "Məqsədimiz “Sportinq”i keçməkdir" – Füzuli Musayev

    28.10.2026 16:33:51

    MOK "Dakar-2026"dakı bayraqdarlarımızı açıqladı

    28.10.2026 16:13:16

    Azərbaycan klubu "Sportinq"lə oyunlar üçün 8 legioner sifariş verib – ADLAR

    28.10.2026 16:06:29

    Azərbaycan Kuboku: Daha 3 komanda növbəti mərhələdə

    28.10.2026 16:00:57

    Azərbaycan Premyer Liqasında çempionluq şansları: Favorit kimdir?

    28.10.2026 15:15:57
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved