Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bu görüşün təxirə salınması üçün müraciət etməyi düşünürük" - "Qarabağ"ın baş məşqçisi
    28.10.2026 18:47:39

    “Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasında Bakıda “Dinamo Zaqreb”ə uduzub.

    Prosport,Az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Rəşad Sadiqov matçdan sonra brifinq keçirib.

    – Oyunla bağlı fikirləriniz necədir?

    – “Dinamo” həqiqətən də güclü və mübariz komandadır. Avropanın tanınmış akademiyalarından birinə sahibdirlər. Buna baxmayaraq, mənə elə gəlir ki, ötən mövsümlə müqayisədə komandamız bu il daha yaxşı təsir bağışlayır. Futbolçularımız daha təcrübəli görünür, meydanda yaxşı mübarizə aparır, qol vurmağı bacarırlar. Sadəcə, bəzi boşluqlar verdik. Hakim qərarları ilə bağlı da narazılığımız oldu. Buna baxmayaraq, uşaqların nümayiş etdirdiyi oyundan razı qaldım.

    – Komandanız bundan əvvəl də Avropanın güclü rəqiblərinə qarşı mübarizə aparıb. Bu təcrübə növbəti oyunlar üçün əlavə motivasiya yaradırmı?

    – Əlbəttə. Ötən mövsüm UEFA Gənclər Liqasında çıxış edəndə rəqiblərimizdən yaş baxımından geri qalırdıq. Onların heyətində əsasən 2006 və 2007-ci il təvəllüdlü futbolçular yer alırdı. Biz isə 2008, 2009, hətta 2010-cu il təvəllüdlü oyunçulara da şans verirdik.

    Düşünürəm ki, həmin təcrübə futbolçularımızın inkişafına ciddi təsir göstərib. Bu gün Avropanın güclü komandalarına qarşı qorxmadan oynayır, hücumlar qurur və qol imkanları yaradırıq. Bu da uşaqların inkişaf etdiyini göstərir. Hesabdan asılı olmayaraq, komandamızın belə rəqiblərlə mübarizə aparmaq gücü var.

    – Komandanın 2-ci hissədə fiziki cəhətdən zəiflədiyi hiss olunurdu. Bunun əsas səbəbi yorğunluq idi?

    – Bunun bir neçə səbəbi var. İlk növbədə, fiziki durum önəmlidir. Bu oyundan cəmi üç gün əvvəl çempionat çərçivəsində əsas rəqiblərimizdən biri olan “Sabah”la qarşılaşmışdıq. Eyni heyətlə qısa müddət ərzində yenidən belə çətin oyuna çıxmaq futbolçular üçün yorucudur.

    Viktorun əvəzlənməsi də bununla bağlı idi. Onun ayağında problem yaranmışdı. Oyunun sonlarına yaxın kapitanımızın da ayağında ağrılar hiss olunurdu.

    Bundan əlavə, futbolçularımızın təhsil qrafiki də sıxdır. Bəziləri dərsdən birbaşa məşqə gəlir, digərlərinin isə fərqli məşq və dərs saatları var. Bütün bunlara baxmayaraq, uşaqlara təşəkkür edirəm. Belə şəraitdə meydana çıxıb bu cür mübarizə aparmaları böyük nailiyyətdir.

    İlk hissədə fiziki baxımdan daha yaxşı idik və hücumlarımız daha effektiv alınırdı. İkinci hissədə isə yorğunluq özünü göstərdi.

    – Bəs ölkə çempionatının tempi ilə Avropa səviyyəsindəki oyunların tempi arasında fərq nə dərəcədə böyükdür?

    – Fərq kifayət qədər böyükdür. Çempionatda, demək olar ki, 2 mövsümdür eyni heyətlə çıxış edirik və əksər rəqiblərə qarşı oyuna nəzarət edərək, daha çox hücum edirik.

    Avropada isə vəziyyət fərqlidir. Burada həm sən hücum etmək istəyirsən, həm də rəqib daim təzyiq göstərir və yüksək intensivliklə oynayır. Qarşımızda güclü akademiyaların komandaları dayanır.

    “Dinamo”nun da yüksək səviyyəli rəqib olduğunu nəzərə almaq lazımdır. Belə komandaya qarşı mübarizə aparmaq futbolçularımız üçün çox vacib təcrübədir. Bu səviyyədə oyunlar onların inkişafına kömək edir.

    – Qapıçı Bilalın çıxışını necə qiymətləndirirsiniz? O, bəzi epizodlarda komandanı çətin vəziyyətdən çıxardı.

    – Məncə, qapıçımız yaxşı çıxış etdi. Onun cəmi 2010-cu il təvəllüdlü olduğunu nəzərə almaq lazımdır. Komandamızda 2007, 2008 və 2009-cu il təvəllüdlü futbolçular olsa da, Bilal və digər gənclər daha yaşlı rəqiblərə qarşı oynayırlar.

    2010-cu il təvəllüdlü 3 futbolçunun belə qarşılaşmada meydana çıxması özü də əhəmiyyətlidir. Onlar pis oynamadılar, əksinə, yaxşı performans göstərdilər. Bilalın çıxışından da razı qaldım.

    – Cavab oyunundan gözləntiləriniz nələrdir?

    – Çalışacağıq ki, cavab matçına daha yaxşı hazırlaşaq. 2 gün sonra çempionat oyunumuz var. Bu görüşün təxirə salınması üçün müraciət etməyi düşünürük. Çünki çempionat matçından sonra səfərə yollanmaq futbolçular üçün çox çətin olacaq.

    Oyunçularımız arasında müxtəlif yaş qrupları üzrə milli komandaların üzvləri də var. Onların yorğunluğunu və zədələnmə riskini nəzərə almalıyıq. İstəyirik ki, futbolçularımız cavab qarşılaşmasına daha yaxşı fiziki durumda çıxsınlar. Ümid edirəm ki, buna nail olacağıq.

    Futbol

    "Növbəti oyunlarda qələbələr qazanaraq təcrübələrini artıracaqlar" - Famil Xəlilov

    28.10.2026 20:20:03
    Futbol

    "Qarşımızda güclü akademiyaların komandaları dayanır" - Rəşad Sadiqov

    28.10.2026 20:03:23
    Futzal

    "Araz-Naxçıvan" ikinci oyunda Bosniya və Herseqovina klubuna uduzdu

    28.10.2026 19:57:51
    Futbol

    "Bu görüşün təxirə salınması üçün müraciət etməyi düşünürük" - "Qarabağ"ın baş məşqçisi

    28.10.2026 18:47:39
    Futbol

    "Finalda sevimli fəndimi işlətdim, amma sonra olanlar planlarımı pozdu" - Dünya 2-cisi

    28.10.2026 18:13:33
    Futbol

    Azərbaycan Kuboku: "Şəfa" darmadağınla "Neftçi"yə rəqib oldu

    28.10.2026 17:56:23
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Növbəti oyunlarda qələbələr qazanaraq təcrübələrini artıracaqlar" - Famil Xəlilov

    28.10.2026 20:20:03

    "Qarşımızda güclü akademiyaların komandaları dayanır" - Rəşad Sadiqov

    28.10.2026 20:03:23

    "Araz-Naxçıvan" ikinci oyunda Bosniya və Herseqovina klubuna uduzdu

    28.10.2026 19:57:51

    "Neftçi" Rumıniya klubuna uduzdu

    28.10.2026 19:17:48

    "Bu görüşün təxirə salınması üçün müraciət etməyi düşünürük" - "Qarabağ"ın baş məşqçisi

    28.10.2026 18:47:39

    "Finalda sevimli fəndimi işlətdim, amma sonra olanlar planlarımı pozdu" - Dünya 2-cisi

    28.10.2026 18:13:33

    Azərbaycan Kuboku: "Şəfa" darmadağınla "Neftçi"yə rəqib oldu

    28.10.2026 17:56:23

    "Qarabağ" - "Dinamo": Azərbaycan çempionu ilk dueli uduzdu

    28.10.2026 17:24:10

    "Səbail"in prezidenti təhqirə görə ağır cəza aldı

    28.10.2026 16:59:11

    "Neftçi"nin legionerinə 2 oyunluq cəza, "Qarabağ"a 6 min cərimə

    28.10.2026 16:51:29

    "Məqsədimiz “Sportinq”i keçməkdir" – Füzuli Musayev

    28.10.2026 16:33:51

    MOK "Dakar-2026"dakı bayraqdarlarımızı açıqladı

    28.10.2026 16:13:16

    Azərbaycan klubu "Sportinq"lə oyunlar üçün 8 legioner sifariş verib – ADLAR

    28.10.2026 16:06:29

    Azərbaycan Kuboku: Daha 3 komanda növbəti mərhələdə

    28.10.2026 16:00:57

    Azərbaycan Premyer Liqasında çempionluq şansları: Favorit kimdir?

    28.10.2026 15:15:57
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved