Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Başqa variantlara əl atmağa məcbur olduq" – Azər Məmmədov
    28.10.2026 22:19:03

    “Bu, kubok oyunu idi. Etiraf edək ki, hazırda Azərbaycanda kubok matçlarına gələn tamaşaçıların sayı, demək olar ki, az olur. Buna baxmayaraq, bu gün Gəncə Stadionunda azarkeşlərimiz bir daha göstərdilər ki, hər zaman komandanın yanındadırlar. Bizi dəstəklədiklərinə görə onlara təşəkkür etmək istəyirəm”.

    Prosport.Az xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Azər Məmmədov evdə “Baku Sportinq”ə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun II təsnifat mərhələsinin oyunundan sonra deyib.

    50 yaşlı mütəxəssis daha az oyun təcrübəsi qazanan futbolçulara şans verməyə çalışdıqlarını bildirib: “Zədədən qayıdan bəzi futbolçularımız da var idi. Düşündük ki, bu matç onlar üçün müəyyən qədər bərpa olunmaq baxımından fürsət ola bilər. Sevindirici məqam ondan ibarətdir ki, bu gün Gəncə futbolunun 5 yetirməsi əsas heyətdə meydana çıxdı. Daha bir futbolçumuz isə sonradan oyuna daxil oldu. Əslində, daha çox yerli yetirmələrimizə, ehtiyatdan meydana daxil olmaqla belə, şans verməyi düşünürdük. Təəssüf ki, oyunun nəticəsi bizi gözləmə mövqeyinə gətirdi və başqa variantlara əl atmağa məcbur olduq”.

    O, “Bakı Sportinq”in yeni baş məşqçisi Bəxtiyar Soltanov barədə xoş sözlər söyləyib: “Bilirdik ki, komandada baş məşqçi dəyişikliyi baş verib. Fürsətdən istifadə edərək Bəxtiyar müəllimi təbrik edir, ona işində uğurlar arzulayıram”.

    Məmmədov etiraf edib ki, kubok oyunları həmişə ağır keçir: “Rəqibin Birinci Liqada və ya Premyer Liqada çıxış etməsinin fərqi yoxdur. Bu gün bizim üçün də, xüsusilə ilk hissədə, çətin oldu. İkinci hissədə isə komandamızın tam istədiyimiz kimi futbol oynadığını düşünürəm. Allahın köməkliyi ilə qələbə qazandıq. Komandamızı və futbolçularımızı təbrik edirəm. Qarşıda bizi “İmişli” ilə vacib oyun gözləyir. Artıq bu gündən həmin matça hazırlaşmağa başlayırıq”.

    Qeyd edək ki, “Kəpəz” 1/8 finalda “Turan Tovuz”un qonağı olacaq.

    Futbol

    "Başqa variantlara əl atmağa məcbur olduq" – Azər Məmmədov

    28.10.2026 22:19:03
    Futbol

    Azərbaycan Kuboku: "Kəpəz" 1/8 finalda

    28.10.2026 21:08:38
    Futbol

    "Növbəti oyunlarda qələbələr qazanaraq təcrübələrini artıracaqlar" - Famil Xəlilov

    28.10.2026 20:20:03
    Futbol

    "Bəziləri dərsdən ac çıxıb birbaşa məşqə gəlir" - Rəşad Sadiqov

    28.10.2026 20:03:23
    Futzal

    "Araz-Naxçıvan" 2-ci oyunda Bosniya və Herseqovina klubuna uduzdu

    28.10.2026 19:57:51
    Akademiya

    "Bu görüşün təxirə salınması üçün müraciət etməyi düşünürük" - "Qarabağ"ın baş məşqçisi

    28.10.2026 18:47:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qələbə qazanmaq üçün ekstra yaxşı oynamalı idik" - Ərhan Tokər

    28.10.2026 23:23:26

    Azərbaycan təmsilçisi Avropa Kubokunda ilk qələbəsini qazandı

    28.10.2026 22:47:16

    "Başqa variantlara əl atmağa məcbur olduq" – Azər Məmmədov

    28.10.2026 22:19:03

    Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bilindi

    28.10.2026 21:50:45

    Azərbaycan Kuboku: "Kəpəz" 1/8 finalda

    28.10.2026 21:08:38

    "Rəqib asan xallar qazandı" - Konstantinos Vasileiadis

    28.10.2026 20:47:13

    "Növbəti oyunlarda qələbələr qazanaraq təcrübələrini artıracaqlar" - Famil Xəlilov

    28.10.2026 20:20:03

    "Bəziləri dərsdən ac çıxıb birbaşa məşqə gəlir" - Rəşad Sadiqov

    28.10.2026 20:03:23

    "Araz-Naxçıvan" 2-ci oyunda Bosniya və Herseqovina klubuna uduzdu

    28.10.2026 19:57:51

    "Neftçi" Rumıniya klubuna uduzdu

    28.10.2026 19:17:48

    "Bu görüşün təxirə salınması üçün müraciət etməyi düşünürük" - "Qarabağ"ın baş məşqçisi

    28.10.2026 18:47:39

    "Finalda sevimli fəndimi işlətdim, amma sonra olanlar planlarımı pozdu" - Dünya 2-cisi

    28.10.2026 18:13:33

    Azərbaycan Kuboku: "Şəfa" darmadağınla "Neftçi"yə rəqib oldu

    28.10.2026 17:56:23

    "Qarabağ" - "Dinamo": Azərbaycan çempionu ilk dueli uduzdu

    28.10.2026 17:24:10

    "Səbail"in prezidenti təhqirə görə ağır cəza aldı

    28.10.2026 16:59:11
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved