Azərbaycanın qadın voleybolçulardan ibarət "DH Volley" klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununa çıxacaq.
Prosport.Az xəbər verir ki, Bakı təmsilçisi Danimarkanın "Holte" komandası ilə üz-üzə gələcək.
Holte şəhərində təşkil olunacaq ilk qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında cavab oyunu noyabrın 5-də Bakıda keçiriləcək.
