Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "Bu məğlubiyyət son deyil, sadəcə bir dərsdir" - "Sabah"ın baş məşqçisi
    6.10.2026 23:24:24

    "İlk növbədə "Ritas"ı qələbə münasibətilə təbrik edirəm. Onlar qələbəyə layiq idilər".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Sabah" basketbol klubunun baş məşqçisi Lazar Spasiç FIBA Çempionlar Liqasının müntəzəm mövsümünün ilk turunda Litvada "Ritas"a qarşı keçirilən oyundan sonra deyib.

    Serbiyalı mütəxəssis 73:82 hesablı məğlubiyyəti şərh edib: "Düşünürəm ki, oyunun böyük hissəsindən razı qala bilərəm. Bu gün əsas fərq ribaundlarda oldu. Onlara bizdən 10 ribaund çox götürməyə imkan verdik. Ribaundlara nəzarət etdikdə oyunun tempinə də nəzarət edirik. Hücum ribaundlarını rəqibə verdikdə isə istədiyimiz oyun ritmini itirdik.

    36-37 dəqiqə ərzində komandanın birlikdə qalmasından çox razıyam. Həmçinin "Ritas" 29 sərbəst atış yerinə yetirdi, biz isə cəmi 8. Düşünürəm ki, burada təmasların səviyyəsi və foulların sayı da rol oynadı. Bu şikayət deyil, sadəcə faktlardır. Bəlkə də oyunun nəticəsinə təsir edən ən aydın statistik göstəricilərdən biridir. Onlar sərbəst atışlardan 18 xal qazandılar, biz isə cəmi 6 xal.

    Düşünürəm ki, hücumda da kifayət qədər aqressiv oynadıq, amma bunu xala çevirə bilmədik. Həmçinin oyunun elə bir anı oldu ki, fasiləyə daha böyük üstünlüklə yollana bilərdik. Bir neçə açıq üçlükdən istifadə edə bilmədik və hesabda geri düşməyə başladıq".

    O bildirib ki, bu məğlubiyyət "Sabah" üçün son deyil, sadəcə bir dərsdir: "Ən vacib məqam odur ki, biz bu gün ÇL-də rəqabət aparmağa və bu liqanın ən güclü komandalarına qarşı oynamağa hazır olduğumuzu göstərdik. Təbii ki, Bakıda keçiriləcək cavab oyunu üçün də çox motivasiyalı olacağıq.

    Amma bundan əvvəl geri qayıtmalı və  "Trabzonspor"a qarşı növbəti oyuna hazırlaşmalıyıq.

    Bu gün göstərdiyimiz bir çox məqam mənim çox xoşuma gəldi. Təəssüf ki, oyunu qazanmaq üçün yol tapa bilmədik. Bura qələbə və 2 xal üçün gəlmişdik, amma dediyim kimi, təəssüf ki, bunu edə bilmədik.

    Digər tərəfdən, çox güclü komandaya qarşı oynadıq. Mənim gördüyüm qədər, onlar oyunda 17 dəqiqə 30 saniyə öndə oldular, biz isə 17 dəqiqə 6 saniyə öndə idik. Bu baxımdan, kifayət qədər gərgin və bərabər oyun oldu. Sonda 9 xallıq fərq bəlkə də olduğundan böyük görünür.

    Amma dediyim kimi, bu bizim üçün böyük dərsdir. Ümid edirəm ki, növbəti oyuna hazır olub daha yaxşı oynayacağıq".

    Həndbol

    Azərbaycan təmsilçisi avrokuboklara məğlubiyyətlə başladı - YENİLƏNDİ

    23.10.2026 18:43:30
    Voleybol

    Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı

    23.10.2026 17:09:15
    Top oyunları

    ABL: V turun təqvimi açıqlandı

    22.10.2026 22:45:26
    Voleybol

    Yeni adla keçirilən Azərbaycan çempionatı 2 oyunla start götürür

    22.10.2026 21:48:32
    Top oyunları

    “Sabah” Türkiyə klubundan ayrılan oyunçunu transfer etdi

    22.10.2026 19:13:51
    Top oyunları

    Azərbaycanlı hakim Avropa çempionatının seçmə oyunlarında

    22.10.2026 10:26:01
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan təmsilçisi avrokuboklara məğlubiyyətlə başladı - YENİLƏNDİ

    23.10.2026 18:43:30

    "Zirə" - "Sumqayıt": HEYƏTLƏR

    23.10.2026 18:21:40

    "Özümüz rəqiblər üçün hədiyyələr hazırlayırıq" - Yuri Maksimov

    23.10.2026 18:00:56

    "Qurban Qurbanovdan öyrənməli olduğumuz çox şey var" - Yeton Bekiri

    23.10.2026 17:45:02

    Nenad Laloviç 3-cü dəfə UWW prezidenti seçildi, AGF təbrik etdi - FOTOLAR

    23.10.2026 17:37:26

    Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı

    23.10.2026 17:09:15

    "Qəbələ" autsayderi məğlub edib, 9-cu pilləyə yüksəldi

    23.10.2026 16:56:04

    Dünya çempionatı: Güləşçilərimizin ilk rəqibləri bilindi

    23.10.2026 16:15:13

    Azərbaycanda bu klubun rəhbərinə 4 oyunluq cəza verildi

    23.10.2026 15:45:11

    AFFA 2 komandaya texniki məğlubiyyət verdi

    23.10.2026 15:13:25

    Arsen Venger Hövsan Yarış Kompleksində olub

    23.10.2026 14:40:41

    "Araz-Naxçıvan" - "Qəbələ": HEYƏTLƏR

    23.10.2026 14:07:23

    Hövsan Yarış Kompleksi dünya çempionatına tam hazırdır - FOTOLAR

    23.10.2026 13:43:38

    Arsen Venger FIFA-nın saytına Azərbaycandakı mundialın önəmindən danışdı

    23.10.2026 13:11:41

    "Azərbaycanda keçiriləcək dünya çempionatı..." - Xristo Stoiçkov

    23.10.2026 12:50:01
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved