Azərbaycan Basketbol Liqasının (ABL) ikinci divizionunun start tarixi hələlik müəyyənləşməyib.
Prosport.Az xəbər verir ki, yeni divizionda mübarizə növbəti aydan başlayacaq.
Çempionatın dəqiq başlanma tarixi isə hələ açıqlanmayıb.
Burada mübarizə aparacaq altı komanda da artıq məlumdur: "Quba", AzTU, "Şəki", "Alov Basket", ASA (Azerbaijan Sports Academy) və "Lənkəran".
