Azərbaycanın 2 basketbol klubu bu gün FIBA Avropa Kubokunda IIII tur oyunlarını keçirəcəklər.
Prosport.Az xəbər verir ki, "LANDAU Lions" G qrupunda Danimarkada “Bakken Birs” ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Ərhan Tokərin baş məşqçisi olduğu kollektiv daha əvvəl Bakıda İsveçrənin "Cenevrə Lions”" komandasına 83:105, Slovakiyanın “Prievidza” klubuna isə 84:108 hesabı ilə məğlub olub.
Azərbaycanın digər təmsilçisi “Neftçi” isə H qrupunda İsveçrədə “Fribur Olimpik”in qonağı olacaq. Qarşılaşma saat 22:00-da başlayacaq. Bakı təmsilçisi ilk matçında Yunanıstanda “Mikonos”a 58:78, II turda isə Bakıda Latviyanın VEF komandasına 94:110 hesabı ilə uduzub.
