Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    "Bizim üçün kəmiyyət deyil, keyfiyyət əsasdır" - Millimizin baş məşqçisi
    20.10.2026 22:16:30

    Albaniyanın Dürres şəhərində keçirilmiş U-23 və gənclərin Avropa birinciliyində 9 medal qazanmış Azərbaycan ağırlıqqaldıranları ölkəyə qayıdıblar.

    Prosport.Az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançılarımız üçün təntənəli qarşılanma mərasimi keçirilib.

    Yığmanın baş məşqçisi Sərdar Həsənov bildirib ki, Albaniyada keçirilən Avropa birinciliyində üç idmançı ilə təmsil olunmalarına baxmayaraq, hər birinin medal qazanması komandanın düzgün istiqamətdə çalışdığını göstərir: “Yadınızdadırsa, ötən yarışda da qeyd etmişdik ki, bizim üçün kəmiyyət deyil, keyfiyyət əsasdır. Albaniyada keçirilən yarışda bunu bir daha sübut etdik. 3 idmançı ilə yola düşdük və hər biri medal qazandı. Təbii ki, belə yarışlarda daha çox idmançı ilə təmsil olunmaq istəyirik. Lakin məşqçilər heyəti olaraq işimizi real nəticələr əsasında qururuq. Yığma komandamızın qapısı hər kəsə açıqdır. Bu gün fiziki və psixoloji cəhətdən hazır olan idmançılara şans verilir. Qarşıda bizi lisenziya xarakterli yarışlar gözləyir. Hazırlıqlarımız plan üzrə gedir”.

    Avropa birinciliyinin mükafatçısı Rahilə Hüseynzadə qazandığı medalı Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr etdiyini bildirib: “Bu qələbəmi Vətən müharibəsində canından keçən şəhidlərimizin əziz xatirəsinə həsr edirəm. Əsl qələbəni bizə onlar qazandırıblar. Yarış müddətində federasiyamızın prezidenti Kamran Nəbizadə və vitse-prezidenti Firdovsi Umudov da Albaniyada idilər. Onlar da bildirdilər ki, belə əlamətdar tarixdə Vətənə qələbə ilə qayıtmaq üçün əlimizdən gələni etməliyik. Çox şükür ki, belə də oldu. Üstəlik, Azərbaycan ağırlıqqaldırma tarixində U-23 kateqoriyasında medal qazanan ilk yerli idmançı olduğum üçün sevincliyəm”.

    Digər mükafatçı Fuad Həsənov isə yarışa yüksək səviyyədə hazırlaşdıqlarını və əldə olunan nəticədə yaradılan şəraitin, eləcə də məşqçilərin əməyinin mühüm rol oynadığını söyləyib: “Əvvəlcə onu deyim ki, yarışa yüksək səviyyədə hazırlaşmışdıq. Bu uğurun təməlində bizə yaradılan şərait və məşqçilərimizin gərgin əməyi dayanır. Çalışdım ki, hər yanaşmanı uğurla tamamlayım. Yüzfaizlik nəticə göstərmək bəzən çətin olur. Minimum hədəfimiz yarışdan medal gətirmək idi və sevinirəm ki, bunu bacardıq”.

    Avropa birinciliyinin digər mükafatçısı Qasım İsmayılov isə komanda olaraq hər üç idmançının medal qazanmasından məmnunluğunu ifadə edib: “Yarışa üç nəfər yollanmışdıq və hər birimiz mükafat qazanmağı bacardıq. Təbii ki, daha yaxşı nəticə göstərə bilərdik. Bizim idmanda hər kiloqram önəm kəsb edir. Çıxışımı rəqiblərə görə yox, öz gücümə əsasən qiymətləndirməyə çalışıram. Çünki yarışdan-yarışa rəqiblər dəyişə bilir. Çalışıram ki, öz nəticələrimi hər yarışda yaxşılaşdırım. Məqsədimiz böyüklər arasında keçirilən yarışlarda da ölkəmizi layiqincə təmsil etməkdir”.

    Digər idman növləri

    "Bizim üçün kəmiyyət deyil, keyfiyyət əsasdır" - Millimizin baş məşqçisi

    20.10.2026 22:16:30
    Stolüstü oyunlar

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33
    Digər idman növləri

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24
    Digər idman növləri

    "Azərbaycan Paralimpiya Hərəkatının inkişafında mühüm nümunədir" - Endrü Parson

    19.10.2026 16:10:30
    Digər idman növləri

    Yığmamız Avropa birinciliyini 9 medalla tamamladı

    19.10.2026 15:36:35
    Digər idman növləri

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bəxtimiz gətirmədi" - Valdas Dambrauskas

    20.10.2026 23:41:57

    "Sabah" asan rəqib deyil" - Niko Kovaç

    20.10.2026 23:35:43

    "Sabah" - "Borussiya" matçının ən yaxşısı kim oldu?

    20.10.2026 23:11:21

    Çempionlar Liqası: "Sabah"ın sensasiyaya gücü çatmadı

    20.10.2026 22:38:37

    "Bizim üçün kəmiyyət deyil, keyfiyyət əsasdır" - Millimizin baş məşqçisi

    20.10.2026 22:16:30

    "Zaqrebdə də öz sözümüzü deyəcəyik" - Ziya Rəcəbov

    20.10.2026 21:44:53

    "Qalib olmaq istəyirəm" - 10 qat Avropa çempionunun "qızıl" arzusu

    20.10.2026 21:15:15

    “Turan” Çempionlar Liqasına qələbə ilə start verdi

    20.10.2026 20:35:58

    Liderdən qələbə, “Zəngəzur”dan darmadağın

    20.10.2026 20:20:36

    FİBA rəsmi bəyanat yaydı - Azərbaycan klubuna görə

    20.10.2026 19:40:33

    "Niyə legionerlərin səhvlərindən danışan yoxdur?" - Yusif İmanov

    20.10.2026 19:18:27

    Azər Bağırov cəzalandı, "Şamaxı" 2500 manat cərimələndi

    20.10.2026 18:40:32

    AFFA derbinin cəzalarını açıqladı

    20.10.2026 18:13:04

    Millimizin Azərbaycandakı dünya çempionatı üçün heyəti bilindi - ADLAR

    20.10.2026 17:40:10

    "Sabah" "Borussiya"ya 2 cavabsız qolla uduzdu

    20.10.2026 17:06:08
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved