Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Turan Tovuz" haqqında danışmaq istəmirəm" – Ayxan Hüseynov
    31.07.2026 11:15:17

    UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında "Zirə" doğma meydanda Estoniya təmsilçisi "Payde" ilə 1:1 hesablı heç-heçə edərək, avrokuboklarla vidalaşıb.

    Matçdan sonra "Zirə"nin futbolçusu Ayxan Hüseynov Prosport.Az-a müsahibə verib.

    — Oyuna yaxşı başladıq, ilk dəqiqələrdə hesabı açdıq. Ondan sonra da yaxşı vəziyyətlərimiz, qol epizodlarımız var idi. Həmin epizodlara girə bildik, amma onları qola çevirə bilmədik. Bilmirik, bunun səbəbi nə idi. 2-ci hissədə bir anlıq rahatlaşdıq. Rəqib də bunu bizə bağışlamadı. Daha sonra yenə çoxlu qol epizodları yaratdıq. Bilmirəm, bəxtsizlik idi, yoxsa başqa səbəb var idi. Məncə, qələbə qazanmalı idik. Amma futbolda belədir: öz qol imkanlarını dəyərləndirə bilmirsənsə, qələbə də qazana bilməyəcəksən.

    — Kifayət qədər epizodlar var idi. Hətta dirəkdən qayıdan toplar da oldu. Son nöqtəni qoymaq üçün nə çatmırdı? Komandada sanki tələskənlik var idi?

    — Ola bilər. Biz özümüz də səbəbini başa düşə bilmirik. O qədər standart vəziyyətlərimiz, zərbələrimiz var idi. Birəbir epizodlara da çıxdıq, amma vura bilmədik. Bilmirəm, bəlkə də rəqib qapıçı çox yaxşı çıxış etdi. Amma məncə, həmin epizodları qolla tamamlamalı idik.

    — Rəqibin cərimə meydançasında şübhəli penalti epizodu da var idi...

    — Hansı epizod?

    — Dirəkdən qayıdan topdan əvvəlki epizod...

    — Hə, orada görünürdü ki, top rəqib oyunçunun əlinə dəymişdi. Amma VAR sistemi yoxdur, bəlkə də hakim bunu görmədi. Ona görə də bu barədə nəsə demək çətindir.

    — Öz çıxışınız barədə nə deyə bilərsiniz? Yeni komandanda özünüzü necə hiss edirsiniz?

    — "Zirə"nin futbolçusu olmaq mənim üçün çox xoşdur. Rəşad müəllimlə çox söhbət edirdik. Deyirdi ki, hazırlaş, hazır olan anda şansın olacaq. Mən də çalışırdım ki, bu gün əlimdən gələni edim. Yaxşı alınan məqamlar da oldu, alınmayanlar da. Amma yenə də öz üzərimdə işləməliyəm. İnkişaf etmək, daha da artırmaq istəyirəmsə, öz üzərimdə çox çalışmalıyam.

    — "Turan Tovuz"la avrokuboklara gedə bilmədiniz. Necə oldu ki, sonra "Zirə"yə keçdiniz? "Turan Tovuz"dan ayrılarkən bu barədə komanda yoldaşlarınızla söhbətiniz olmuşdu?

    — Yox, yox. "Turan Tovuz" barədə danışmaq istəmirəm, üzrlü sayın. Bu komanda həmişə mənim ürəyimdə olacaq, amma bu barədə danışmaq istəmirəm. Üzrlü sayın.

    Bahar Rüstəm

    Futbol

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08
    Futbol

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50
    Futbol

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11
    Futbol

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12
    Futbol

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09
    Futbol

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved