Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Özəl xəbər
    Azərbaycan çempionunun adı dəyişdirilir, daha 2 klub yaradıldı – ÖZƏL
    21.08.2023 17:00:13

    Qadın voleybolu üzrə Azərbaycan çempionatında 2 yeni klub debüt edəcək.

    Prosport.Az-ın xəbərinə görə, bunlar "Buta" və "Gəncə" klublarıdır.

    "Buta"nın prezidenti Vüqar Quliyevdir. 46 yaşlı, "karateçi Vüqar" kimi tanınan bu şəxs 1998-ci ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının təkmübarizəlik fakültəsini bitirib. O, voleybola yad sima deyil. V. Quliyev əvvəllər voleybolla məşğul olub, bir sıra çempionatlarda iştirak edib. 1993-cü ildən isə karatenin kyokuşinkay növü ilə məşğul olmağa başlayıb. 1999-cu ildə Azərbaycan çempionu adını qazanıb, I dan qara kəmər ustası olub. 2005-ci ildə karatenin tamaşivari növü üzrə keçirilən çempionatda qızıl medal qazanıb. Rusiya Kyokuşinkay Fedarasiyasının Perm şəhəri üzrə nümayəndəsidir və burada fəaliyyət göstərən karate idman klubuna rəhbərlik edir. Kyokuşin Karate Federasiyasının təşkil etdiyi yarışlarda hakim kimi də fəaliyyət göstərib. Onun atası Əşrəf Quliyev vaxtı ilə Füzuli rayonunda voleybol komandasının rəhbəri olub.

    "Gəncə"nin prezidenti isə Elvar Osmanovdur. O Osmanov ki, daha əvvəl Reqbi Federasiyasında vitse-prezident olub. Bu klub artıq əməli fəaliyyətə başlayıb. Komandaya belaruslu baş məşqçi Sergey Çesnovitski də cəlb olunub.

    Daha bir xəbər odur ki, kişilərdə ötən mövsüm Azərbaycan çempionu olmuş "Murov"un adı dəyişdirilir. "Murov" da artıq federasiya prezidenti Şahin Bağırovun rəhbəri olduğu Dövlət Gömrük Komitəsi tərəfindən maliyyələşəcək. Belə ki, klubun prezidenti Cavid Kərimov olacaq. O, “Azərterminalkompleks” təsərrüfat hesablı xarici iqtisadi birliyində işləyir. Bu səbəbdən də klubun adı yeni mövsümdən "Murov-Azterminal" olacaq. Sadəcə, məsələnin rəsmiləşməsi qalıb.

    Qeyd edək ki, daha əvvəl "Azərreyl"ə Orxan Kərimovun, "Abşeron"a isə İlqar Nuriyevin rəhbərlik edəcəyini yazmışdıq.

    Səbuhi Musa

    Özəl xəbər

    "Turan"ın sahibi büdcəni artırdı

    16.09.2026 09:58:31
    Özəl xəbər

    "Araz-Naxçıvan"ın yeni prezidenti bu şəxs oldu – ÖZƏL

    5.09.2026 09:32:02
    Futbol

    AFFA-da Fərrux İsmayılovun ayrıldığı departamentdə yeni rəhbər – ÖZƏL + FOTOLAR

    4.09.2026 17:04:36
    Özəl xəbər

    Azərbaycanda bu 3 federasiya ləğv edildi, yeni rəhbər bilindi – FOTO

    4.09.2026 00:19:57
    Özəl xəbər

    "Sərhədçi" dağıldı, onu yenisi əvəzlədi – ÖZƏL

    2.09.2026 14:20:13
    Futbol

    "Kəpəz" kosovolu futbolçu transfer etdi, portuqaliyalı legioner "qara siyahı"ya düşdü

    1.09.2026 14:00:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved