Avstraliya millisinin qapıçısı Patrik Biç DÇ-2026-da diqqətçəkən göstəriciyə imza atıb.
Prosport.Az xəbər verir ki, qolkiper Türkiyə üzərində 2:0 hesablı qələbə ilə başa çatan oyunda 8 seyv edərək komandasının uğurunda mühüm rol oynayıb.
“Match of the Day”in məlumatına görə, Biç 2002-ci ildən bəri dünya çempionatındakı debüt matçında 8 seyv edən ilk qapıçı olub.
Bu göstəriciyə sonuncu dəfə 2002-ci il mundialında Türkiyə millisinin əfsanəvi qapıçısı Rüştü Rəcbər nail olmuşdu. O da dünya çempionatındakı ilk oyununda 8 seyv etmişdi.

