“Araz-Naxçıvan”dan ayrılan Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli karyerasını yenidən Qazaxıstanda davam etdirə bilər.
Prosport.Az "sportal"a istinadən xəbər verir ki, 35 yaşlı qolkiperin artıq bir neçə qazaxıstanlı klubla danışıqlar apardığı bildirilir. O, mövsümün sonunadək vəziyyəti izləyəcək və daha sonra qərarını verəcək.
Qeyd edək ki, Rövşən Hüseynli əvvəllər Qazaxıstanın “Astana” və “Atırau” klublarında çıxış edib.

