Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlıq prosesini başa vurub.
Prosport.az xəbər verir ki, komanda Ankarada təşkil olunan təlim-məşq toplanışının son mərhələsini yekunlaşdırıb. Yığma iyunun 5-də yarışın ilk turunun oyunlarının keçiriləcəyi İsveçə yola düşəcək.
Ankara toplanışı çərçivəsində Azərbaycan millisi Türkiyə yığması ilə 2 yoxlama oyunu keçirib. Matçların birində ev sahibi 3:0 hesabı ilə qalib gəlib, ikinci qarşılaşmada isə heç-heçə qeydə alınıb – 2:2.
Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasında ilk oyununu iyunun 6-da Yunanıstan yığmasına qarşı keçirəcək. Növbəti görüş isə iyunun 7-də ev sahibi İsveçə qarşı olacaq.

