Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin daha 1 oyunuı keçirilib.
Prosport.Az xəbər verir ki, "Milli Aviasiya Akademiyası" "Abşeron"la qarşılaşıb. Rəqibini 3:1 hesabı ilə məğlub edən "Milli Aviasiya Akademiyası" adını yarımfinala yazdırıb. Bu komanda ilk görüşü də öz xeyrinə (3:2) başa vurmuşdu.
Raundun son oyununda "Gəncə" UNEC-lə münasibətlərə aydınlıq gətirir. Matç saat 18:00-da başlayıb.
Xatırladaq ki, daha əvvəl "Turan" və "DH Volley" yarımfinala vəsiqə qazanıb.

