Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 3-cü yerin sahibi müəyyənləşib.
Prosport.Az xəbər verir ki, bürünc medal uğrunda oyunda "Neftçi" və "Xilasedici" kollektivləri münasibətlərə aydınlıq gətirib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan qarşılşama Fövqəladə Hallar Nazirliyinin komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Əvvəlki matçda da qalib gələn (3:0) "Xilasedici" bununla da 3-cü yeri tutub.
