Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Digər idman növləri
    MOK üzvlüyündən çıxarılanlar, onları əvəzləyənlər, əlavə olunanlar – ADLAR
    20.02.2025 21:15:02

    Bu həftə Milli Olimpiya Komitəsində (MOK) Hesabat-Seçki Baş Məclisi keçirildi. Ölkə başçısı İlham Əliyev növbəti dəfə MOK prezidenti, Çingiz Hüseynzadə və Zemfira Meftəhəddinova isə növbəti dəfə vitse-prezident seçildi. Bunadək MOK İcraiyyə Komitəsinin üzvü olan Fərid Mansurov isə gənclər və idman naziri Fərid Qayıbovu bu postda əvəzlədi.

    Ümumiyyətlə, MOK İcraiyyə Komitəsinin yeni tərkibində Fərid Qayıbov, sabiq nazir müavini Mariana Vasileva, millət vəkili Könül Nurullayeva, sabiq Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli və MOK-a yeni üzv kimi qəbul edilən sabiq voleybolçu Alla Həsənova ilə əvəz olundu. Beləliklə, MOK İcraiyyə Komitəsinin tərkibi 12-dən 10-a endirildi.

    Bəs səsvermə hüququ olan MOK-un yeni üzvləri kimlər oldu? Kimlər yuxarıda adları çəkilən şəxslərə səs verdi? 

    Prosport.Az əvvəl 113, indi isə 115 üzvü olan MOK-dakı dəyişiklikləri araşdırıb. 

    Olimpiya idman növləri üzrə əvvəl 25 federasiyaya 50 yer ayrılmışdı. İndi isə 1 federasiya çıxarılıb, 2 federasiya əlavə olunub. Beləliklə, 26 federasiyaya 54 yer ayrılıb.  

    Dəyişdirilənlər
    Mahir Muradov (Atçılıq Federasiyasının I vitse-prezidenti 2 il əvvəl vəfat edib)
    Müşfiq Tukanlı (Atletika Federasiyasının vitse-prezidenti)
    Vüqar Əzimov (Basketbol Federasiyasının baş katibi)
    Sahib Ələkbərov (Velosiped Federasiyasının I vitse-prezidenti)
    Rövşən Rüstəmov (Cüdo Federasiyasının vitse-prezidenti)
    Xanlar Fətiyev (daha Üzgüçülük Federasiyasının prezidenti deyil)
    Fərid Bənənyarlı (daha Üzgüçülük Federasiyasının baş katibi deyil)
    Niyaməddin Paşayev (Taekvondo Federasiyasının vitse-prezidenti)
    Gülməmməd Cavadov (Tennis Federasiyasının vitse-prezidenti)
    Rövnəq Abdullayev (daha AFFA-nın prezidenti deyil)
    Elxan Məmmədov (daha AFFA-nın baş katibi deyil)
    Mehriban Əliyeva (Gimnastika Federasiyasının prezidenti)
    Şahin Mövsümov (daha Kamandan Oxatma Federasiyasının prezidenti deyil)
    Seymur Qurbanov (daha Kamandan Oxatma Federasiyasının vitse-prezidenti deyil)
    Mirsəməd Mövsümzadə (Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti)
    Röyal Süleymanov (daha Reqbi Federasiyasının prezidenti deyil)
    Ernesto Ferlenqi (Reqbi Federasiyasının I vitse-prezidenti)
    Faiq Qarayev (Voleybol Federasiyasının vitse-prezidenti)

    Əvəzləyənlər
    Emil Seyidov (Atçılıq Federasiyasının baş katibi)
    Məhərrəm Sultanzadə (Atletika Federasiyasının baş katibi)
    Fərrux Mahmudov (Basketbol Federasiyasının icraçı vitse-prezidenti)
    Elçin Əsədov (Velosiped Federasiyasının baş katibi) – bizdə olan məlumata görə, sabiq velosipedçimiz baş katib təyin olunmayıb, sadəcə, səhhətində problem olduğu üçün baş katib Elnarə Musayevanı əvəzləyib
    Rəşad Rəsullu (Cüdo Federasiyasının icraçı vitse-prezidenti)
    Zaur Əliyev (Üzgüçülük Federasiyasının prezidenti)
    Xaliq İldırımzadə (Üzgüçülük Federasiyasının vitse-prezidenti)
    Hikmət Səmədov (Taekvondo Federasiyasının vitse-prezidenti)
    Bağır Əsgərzadə (Tennis Federasiyasının baş katibi)
    Rövşən Nəcəf (AFFA-nın prezidenti)
    Sərxan Hacıyev (AFFA-nın icraçı vitse-prezidenti)
    Nurlana Məmmədzadə (Gimnastika Federasiyasının baş katibi)
    Anar Quliyev (Kamandan Oxatma Federasiyasının prezidenti)
    Rauf Əliyev (Kamandan Oxatma Federasiyasının vitse-prezidenti)
    Firdovsi Umudov (Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti)
    Eldar Kərimov (Reqbi Federasiyasının prezidenti)
    Səbuhi Qarayev (Reqbi Federasiyasının vitse-prezidenti)
    Bəhruz Quliyev (Voleybol Federasiyasının I vitse-prezidenti)

    Əlavə olunanlar
    Asif Mehtiyev (Yelkənli İdman Federasiyasının baş katibi)
    Vüqar Nağıyev (Qış İdman Növləri Federasiyasının prezidenti)
    Günel Bədəlova (Qış İdman Növləri Federasiyasının baş katibi)
    Rauf Xəlilov (Qolf Federasiyasının prezidenti)
    Leyla Abbasova (Qolf Federasiyasının baş katibi)
    Alla Həsənova (Voleybol Federasiyasının məşqçisi)

    Tamamilə çıxarılanlar
    Firdovsi Əliyev (Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti)
    Arzu Mustafayev (Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti)

    Fərdi üzvlər əvvəl 14 nəfər idi. İndi say 17-yə çatdırılıb. Bu dəfə MOK prezidenti İlham Əliyev və MOK vitse-prezidenti Zemfira Meftəhəddinova da bu siyahıda yer alıb. MOK İcraiyyə Komitəsinin üzvü, Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev yuxarıdakı siyahıdan çıxarılaraq bura əlavə olunub. Olimpiya çempionu Rəfiqə Şabanova və millət vəkili Könül Nurullayeva artıq üzv deyil.

    Əlavə olunanlar
    Zelim Kotsoyev (cüdo üzrə olimpiya çempionu)
    Hidayət Heydərov (cüdo üzrə olimpiya çempionu)
    Hacı Əliyev (sərbəst güləş üzrə olimpiya 2-cisi)
    Rafael Ağayev (karate üzrə olimpiya 2-cisi)

    Tamamilə çıxarılanlar
    Rəfiqə Şabanova (həndbol üzrə olimpiya çempionu)
    Zərifə Salahova (basketbol üzrə idman veteranı)
    Vahid Nəzərov (ağırlıqqaldırma üzrə hakim)
    Könül Nurullayeva (Atletika Federasiyasının vitse-prezidenti)

    Yuxarıdakı kateqoriyalardan fərqli olaraq, qeyri-olimpiya idman federasiyaları üzrə nümayəndələrin sayı azaldılıb. Buna səbəb həmin federasiyaların Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya ala bilməməsi olub. Əvvəl bu say 18 idisə, indi 16-ya endirilib. 

    Dəyişdirilən
    Faiq Həsənov (Şahmat Federasiyasının vitse-prezidenti)

    Əvəzləyən
    Mahir Məmmədov (Şahmat Federasiyasının prezidenti)

    Əlavə olunanlar
    Muxtar Babayev (Alpinizm Federasiyasının prezidenti)
    Fərid Məmmədov (Avtomobil Federasiyasının vitse-prezidenti)
    Seymur Məmmədov (Bilyard Federasiyasının prezidenti)
    Asif Sayadov (Çin Döyüş Növləri Assosiasiyasının prezidenti)
    Günel Muradova (Kapoeyra Federasiyasının prezidenti)
    Rafiq Əliyev (Savat Federasiyasının prezidenti)
    Orxan Məmmədov (Minifutbol Federasiyasının prezidenti)
    Ülvi Quliyev (Karate Federasiyasının prezidenti)
    Oqtay Qasımzadə (Elektron İdman Növləri Federasiyasının prezidenti)
    Atil Ağamirov (Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının prezidenti)

    Tamamilə çıxarılanlar
    Cəsarət Əhmədov (Qol Güləşi Federasiyasının prezidenti)
    Azər Həsənsoy (Döyüş Federasiyaları Assosiasiyasının prezidenti)
    Ələddin Əliyev (Pauerliftinq Federasiyasının prezidenti)
    Vaqif Mustafayev (Dama Federasiyasının prezidenti)
    Alla Vlasova (Çerlidinq Federasiyasının prezidenti)
    Mirəli Kazımov (Səmti Müəyyənetmə Federasiyasının prezidenti)
    Fərid Mayılov (Kunq-fu Federasiyasının vitse-prezidenti)
    Yaşar Bəşirov (Milli Karate Federasiyasının prezidenti)
    Bəxtiyar Quliyev (Stronqmen Federasiyasının prezidenti)
    Natiq Əliyev (Universal Döyüş Federasiyasının prezidenti)
    Pərvin Mehtiyev (Məktəb İdmanları Federasiyasının baş katibi)
    Ramil Əliyev (Kiber İdman Federasiyasının prezidenti)

    İdman təşkilatlarından üzvlərin sayında isə artım olub. 15 rəqəmi 16 ilə əvəzlənib. Zemfira Meftəhəddinova əvvəl bu kateqoriyada idi, indi buradan çıxarılıb. Bu il 88 yaşını qeyd etməyə hazırlaşan MOK-un sabiq baş katibi Ağacan Abiyev, Qılıncoynatma Federasiyasının sabiq prezidenti Yaşar Məmmədov artıq bu qurumda üzv deyil. Onların hər ikisinin üzvlükdən çıxarılmasını yaşlarına görə başa düşmək olar.

    Dəyişdirilənlər
    Nadir Əliyev (daha Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) sədri deyil)
    Firdovsi Umudov ("Sərhədçi" Peşəkar İdman Klubunun rəhbər müavini)
    Arzu Qarayev (daha "Təhsil" Respublika İdman Mərkəzinin direktoru deyil)
    Ağacan Abiyev (daha Olimpiya Akademiyasının rəhbəri deyil)
    Yaşar Məmmədov (daha Bədən Tərbiyəsi və İdman Veteranları İttifaqının sədri deyil)
    Mansur Nəcəfov (daha MOİK-in rəisi deyil)

    Əvəzləyənlər
    Tural Qasımov (AHİİTA sədri)
    Elşən Mirzəyev ("Sərhədçi" Peşəkar İdman Klubunun rəhbəri)
    Rüstəm Ağayev ("Təhsil" Respublika İdman Mərkəzinin direktoru)
    Cəmaləddin Rəhmanov (Olimpiya Akademiyasının rəhbəri)
    Tamilla Bunyatova ("İdman Veteranları" İctimai Birliyinin sədr müavini)
    Vüqar Əsgərov (MOİK-in rəisi)

    Əlavə olunanlar
    Azər Əliyev (MOK baş katibi)
    Həsənağa Rzayev (MOK İdman şöbəsinin müdiri)
    Mövlud Mirəliyev (DİN İdman Cəmiyyətinin rəisi)
    Anar Bayramov (Deflimpiya Komitəsinin prezidenti)

    Tamamilə çıxarılanlar
    Cəfər Hümbətov (Respublika Yüksək İdman Ustalığı Məktəbinin direktoru)
    Vitali Rəhimov (daha Respublika Olimpiya İdman Liseyinin direktor müavini deyil)

    Mətbuat və informasiya təşkilatlarından üzvlərin sayı da 7-dən 5-ə endirilib. MOK əməkdaşı Cəmaləddin Rəhmanov əvvəl bu kateqoriyada "Olimpiya jurnalı"nı təmsil edirdi. İndi artıq o bu kateqoriyada yoxdur. MOK-un sabiq mətbuat katibi Günay Malikqızını bu vəzifədə Murad Fərzəliyev əvəzləsə də, 2-ci həm də rəhbəri olduğu "Olimpiya dünyası" qəzetində qalmağa üstünlük verib.

    Dəyişdirilən
    Rövşən Binnətli (daha "İdman" telekanalının direktoru deyil)

    Əvəzləyən
    Səyavuş Əliyev ("İdman" telekanalının direktor müavini)

    Əlavə edilən
    Kənan Hakimov ("İctimai" televiziyanın idman direktoru)

    Tamamilə çıxarılanlar
    Qabil Mehdiyev (daha "İdman" qəzeti fəaliyyət göstərmir)
    Günay Nəzərova (daha MOK mətbuat katibi deyil)

    Dövlət təşkilatlarından üzvlərin sayı da 9-dan 7-yə endirilib. Ölkə başçısı İlham Əliyev əvvəl bu kateqoriyada yer almışdı. Gənclər və idman naziri Fərid Qayıbov MOK İcraiyyə Komitəsində bu dəfə yer almasa da, məhz burada üzv kimi qalır.

    Dəyişdirilənlər
    Ramiz Muxtarov (Prezident Administrasiyası)
    Namiq Novruzov (daha Gənclər və İdman Nazirliyinin Beynəlxalq Əlaqələr sektorunun müdiri deyil)
    Mariana Vasileva (daha Gənclər və İdman Nazirliyində nazir müavini deyil)

    Əvəzləyənlər
    Ayxan Muradov (Prezident Administrasiyası)
    Elnur Məmmədov (Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri)
    Elvin Zeynallı (Gənclər və İdman Nazirliyinin Regionlarla İş sektorunun müdiri)

    Hazırladı: Səbuhi Musa

    Digər idman növləri

    Azərbaycanda bu idman növü üzrə Dünya Kuboku keçiriləcək

    14.06.2025 12:45:19
    Stolüstü oyunlar

    Azərbaycanlı şahmatçının komandası dünya 3-cüsü oldu

    14.06.2025 11:54:30
    Digər idman növləri

    Rasul Çunayev MOK müsabiqəsinin münsiflər heyətinin üzvü seçildi

    12.06.2025 16:14:08
    Digər idman növləri

    İslamiadaya hazırlıqla bağlı görüş keçirilib - FOTOLAR

    11.06.2025 13:10:29
    Formula-1

    "Formula 1" üzrə gələnilki Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

    10.06.2025 11:16:40
    Stolüstü oyunlar

    Azərbaycan şahmatçısı Münhendə yarışacaq

    7.06.2025 14:19:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Mingəçevir"də dəyişikliklər: Ruslan Həmidov təsisçilikdən uzaqlaşdırıldı, kluba yeni rəhbər təyin olundu – SON DƏQİQƏ

    16.06.2025 00:41:46

    Hidayət DÇ-də ilk görüşdə uduzdu, Azərbaycan yenə medalsız qaldı – YENİLƏNİB

    15.06.2025 18:00:58

    Millimizdə çıxış etmiş idmançı dünya çempionatında Böyük Britaniya adından güləşəcək

    15.06.2025 10:58:00

    "Sabah"ın baş məşqçisi həyat yoldaşına görə klubla vidalaşdı

    14.06.2025 21:16:21

    Daha 2 cüdoçumuz dünya çempionatını medalsız başa vurdu – YENİLƏNİB

    14.06.2025 17:12:53

    "AFFA və PFL tərəfindən şərait yaradılsa, II Liqada çıxış etmək istərdik" – "Marafon"un rəhbəri

    14.06.2025 15:30:00

    Azərbaycanda DÇ-ni yayımlayacaq kanalların sayı artdı

    14.06.2025 14:44:16

    Azərbaycan klubu ispan baş məşqçiyə tapşırılır

    14.06.2025 14:10:48

    Premyer Liqaya çıxan komanda portuqaliyalı qapıçı alır

    14.06.2025 13:42:30

    "Sabah" çempion, "Neftçi" 2-ci oldu

    14.06.2025 13:24:49

    Azərbaycanda bu idman növü üzrə Dünya Kuboku keçiriləcək

    14.06.2025 12:45:19

    "Zirə" 2 futbolçu ilə yollarını ayırdı – SON DƏQİQƏ

    14.06.2025 12:13:03

    Azərbaycanlı şahmatçının komandası dünya 3-cüsü oldu

    14.06.2025 11:54:30

    Vaqif Cavadovun keçmiş komanda yoldaşı narkotacir çıxdı

    14.06.2025 11:17:18

    Millimiz üçün formal oyun

    14.06.2025 10:44:59
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved