Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        P.S.
    "Neftçi"nin yeni sponsor önündə ilk səhvi və "partladılan" Dərviş – YAZI
    8.02.2025 22:39:51

    Dünən "Neftçi" BƏƏ-nin məşhur şirkətlərindən olan "Palms Sports"la müqavilə imzaladı. Xeyirli olsun. Ümid edək ki, heç olmasa bu sponsorluqdan gələn gəlir çoxdandır ki, "Neftçi" azarkeşlərinin həsrətlə gözlədiyi yaxşı nəticələr üçün bir cığır açacaq. Əgər buradakı pullar da Rafael Qutso (Raphael Guzzo) və Robert Baua (Robert Bauer) kimi mənasız futbolçulara töküləcəksə, deməli, bu pulları da indidən havaya sovrulmuş sayaq.

    Əvvəla, onu bildirək ki, sponsor hansı tanışlıq, hansı qurulmuş münasibətlə cəlb olunmasından asılı olmayaraq, hər zaman yaxşıdır. Belədə ölmüş futbolumuzun heç olmasa klub səviyyəsində inkişafı üçün ümid qığılcımı formalaşır. Dünənki müqavilə də bu qığılcımın ilk işartısını verdi.

    Bəs, "Palms Sports" şirkəti nə işlə məşğuldur? 2011-ci ildə BƏƏ-nin paytaxtı Əbu-Dabidə qurulmuş şirkət əvvəlcə ölkədə ciu-citsu idmanına dəstək olmaq məqsədilə qurulub. Daha sonra fəaliyyəti genişləndirilib. Qurumun öz açıqlamasına görə, dünyanın ən böyük idman-məşq şirkəti onlardır. 20-dən çox idman proqramlarının tətbiqi ilə məşğul olan şirkətdə təxminən 200 min staj keçən şəxs var. 14 min ümumi heyəti olan şirkətdə 1000-dən artıq məşqçi də fəaliyyət göstərir. Bu şirkət azərbaycanlı idmançıların da iştirak etdiyi məşhur "UAE Warriors" MMA turnirini təşkil etməyi ilə də məşhurdur.

    Görünən odur ki, adamlar həqiqətən də idmana pul yatırır, peşəkarcasına dəstək olur. Təəssüf ki, ilk gündən bunu qarşı tərəf üçün deyə bilməyəcəyik. "Neftçi" artıq şirkətin CEO və icraçı direktoru Fuad Dərvişlə bağlanacaq müqavilə imzanlama prosesində sponsoru olacağı şirkət önündə ilk səhvə yol verib. Şirkətin adında səhvə...

    "Palms Sports" olub "Palms Ports". Yəni, tərəfdaşlıq bağlayan şirkətin "Palma İdmanları" anlayışı olub "Palma Limanları". 1 hərf səhvidir deyib keçməyin. Görürsünüzmü, 1 hərf 14 illik şirkətin ad və mahiyyətini necə dəyişdi. Lakin bizə bəllidir ki, şirkət dənizçilik yox, idman orientasiyalıdır.

    Vaxtı ilə Parisi "partladan" dərvişlərimiz olub. İndi isə ərəb Dərvişin özünü elə Bakıdaca "partlatdılar".

    Əziz

    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58
    Futbol

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46
    Futbol

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14
    Futbol

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29
    Futbol

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36
    Futbol

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Biz yalnız qələbəyə köklənirik" - "Neftçi"nin icraçı direktoru

    24.09.2026 19:00:41

    Millimizin məşqçisi həm də klubda işləyəcək

    24.09.2026 18:31:09

    Daha bir boksçumuz yarımfinalda uduzub, "bürünc"lə kifayətləndi

    24.09.2026 18:02:41

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21

    "Sumqayıt"dan növbəti transfer

    24.09.2026 16:16:34

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    24.09.2026 14:18:51

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35

    Azərbaycan millisi Avropa çempionatında rekord vurdu

    24.09.2026 13:29:55

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02

    "Sumqayıt" növbəti transferini açıqladı

    24.09.2026 12:20:08
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved