Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Özəl xəbər
    "Maribor" rəsmisi "Qarabağ" və "Sabah"ı izlədi – O, Bakıya kimin üçün gəlmişdi?
    15.12.2024 10:49:27

    Sloveniyanın "Maribor" klubunun futbol direktoru Markus Tavarisin Bakıya gəlişinin səbəbi bilinib.

    Bakıda səfərdə olan braziliyalı 13 dekabrda "Sərhədçi" İdman Mərkəzində AFFA Gənclər Liqası (U-19) çərçivəsində keçirilən "Qarabağ" – "Turan Tovuz" oyununu (6:1) izləyib.

    Uzun illər (2008-2022-ci ildə Sloveniya çempionatında 436 oyuna 159 qol vurub) "Maribor" formasını geyinmiş, karyerasını orada bitirmiş və həmin klubun əfsanəvi veteranlarından birinə çevrilmiş 40 yaşlı funksioner "Qarabağ" Akademiyasının koordinatoru Aftandil Hacıyev və meneceri Nail Kərimovla, eləcə də məşqçilər korpusu ilə görüşüb. Görüş zamanı 2 ölkənin uşaq futbolu arasında paralellər aparılıb, əməkdaşlıq təklifi irəli sürülüb. Akademiya heyəti və futbolçuların qarşılıqlı təcrübə mübadiləsi proqramlarında iştirak etmələrinin mümkünlüyü və faydaları müzakirə olunub.

    Qeyd edək ki, Markus Tavares Nail Kərimovla birlikdə Avropa Klublar Assosiasiyasının (ECA) Uşaq-gənclər futbolunun inkişafı üzrə İşçi Qrupunun üzvüdür.

    Prosport.Az-ın əldə etdiyi xəbərə görə isə, onun bura gəlişi "Qəbələ"nin sabiq futbolçusu, hazırda "Araz-Naxçıvan"da oynayan həmyerlisi Felipi Santusa görədir. Santus 2018-2021-ci illərdə "Keşlə"yə keçənədək məhz "Maribor"da oynayıb. Onlar Sloveniya nəhəngində 3 il komanda yoldaşı olub. Məhz Markus Tavaris dünən Azərbaycan Premyer Liqasının Mərdəkanda keçirilən "Araz-Naxçıvan" – "Sabah" (0:1) oyununu dostuna görə stadiondan izləyib.

    Felipi Santus dostuna "Araz-Naxçıvan"ın formasını hədiyyə edib. Həmçinin, onlar həyat yoldaşları ilə birgə noyabrın 8-də açılmış Bakıdakı Zəfər Parkına, Xocalı abidəsinə baş çəkib, Heydər Əliyev Mərkəzində olub, İçərişəhəri gəziblər.

    Sonda bu gün günorta saatlarında Azərbaycanı tərk edəcək Markus Tavarislə bağlı daha bir məqamı qeyd edək. O, "Qəbələ" azarkeşlərinə yaxşı tanışdır. Çünki 2016-cı ildə bu 2 komanda UEFA Avropa Liqasının pley-off mərhələsində qarşılaşarkən hər iki oyunda qol vurmağı bacarıb. Mərdəkandakı "Dalğa Arena"da dünən funksioner kimi oyun izləmiş Tavaris 8 il əvvəl futbolçu kimi "Qəbələ" ilə matçın 18-ci dəqiqəsində hesabı açmışdı. Lakin sonda "Qəbələ" 3:1 qalib gəlmişdi. 1 həftə sonra isə Sloveniyadakı cavab oyununda sambaçı forvard 67-ci dəqiqədə qələbə qolunu vurmuşdu. Lakin onun bu qolu "Qəbələ"nin qrup mərhələsinə vəsiqə qazanmasına mane ola bilməmişdi.

    Səbuhi Musa 

    Akademiya

    Almaniya Bakıdakı dünya çempionatını boykot etdi, Ukrayna alqışladı

    19.09.2026 11:48:21
    Akademiya

    Təxirə salınmış oyunda darmadağın: "Neftçi"nin rəqibi bilindi

    17.09.2026 23:43:10
    Futbol

    Millimizin Bakıdakı dünya çempionatında rəqibləri məlum oldu

    17.09.2026 22:15:10
    Akademiya

    "Sumqayıt"ın futbolçusu hakimi söydü, sərt cəzalandı

    17.09.2026 17:15:40
    Akademiya

    Futbol millimiz Bakıda Moldovaya yenə uduzdu

    16.09.2026 12:22:09
    Akademiya

    "Qarabağ"dan darmadağın, "Neftçi"dən 3 qollu qələbə

    16.09.2026 00:07:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37

    "Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı

    20.09.2026 10:00:11
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved