Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Futbol millimizin baş məşqçisi istefaya göndərildi – ÖZƏL
    7.11.2024 16:27:22

    21 yaşadək futbol millimizin (U-21) baş məşqçisi Samir Əliyev istefaya göndərilib.

    Prosport.Az-ın əldə etdiyi xəbərə görə, Avropa çempionatının seçmə mərhələsində Lüksemburqun yer aldığı F qrupunda 3 xalla sonuncu olması, xüsusən Şimali İrlandiya və İngiltərəyə böyükhesablı məğlubiyyətlər (müvafiq olaraq 0:5 və 0:7) 45 yaşlı məşqçi ilə yolların ayrılmasına səbəb olub.

    Bu ay Belarusun paytaxtı Minskdə baş tutmalı olan təlim-məşq toplanışının, 16 və 19 noyabrda yerli U-21 komandası ilə yoxlama matçlarının ləğvinin əsasında da bu durur. Belarus Futbol Federasiyaları Assosiasiyası ləğvin onlardan qaynaqlanmadığını, bu matçların əvəzində noyabrın 17-də BATE ilə yoxlama oyunu keçirəcəklərini açıqlayıb. Məşqçinin müqaviləsi dekabrda bitsə də, ona indidən "yaxşı yol" deyilib.

    AFFA isə bu toplanışın gələn il keçiriləcəyini açıqlayıb. Təbii ki, yeni baş məşqçinin rəhbərliyi altında...

    Qeyd edək ki, 2022-ci ildən U-21 millimizi çalışdıran Samir Əliyevin köməkçilərindən biri yığmamızın və "Qarabağ"ın sabiq futbolçusu Emin İmaməliyevdir. Hər iki məşqçini müsahibəyə razı salmağa çalışsaq da, danışmaq istəmədiklərini bildirdi.

    Onu da bildirək ki, sentyabrın 13-də AFFA İcraiyyə Komitəsi aşağı yaş qrupları üzrə millilərin baş məşqçiləri Aqil Nəbiyev (U-16), İlham Yadullayev (U-17), Füzuli Məmmədov (U-18) və Elxan Abdullayevin (U-19) müqavilə müddətinin 2025-ci il yanvarın 1-dək uzadılmasını qərara alıb. Xüsusən, İ.Yadullayev və E.Abdullayevin işi barədə yekun qərar Avropa çempionatının seçmə mərhələsindən sonra veriləcək.

    Futbol

    "Turan Tovuz"un 2 milyon dollarlıq sponsoru kimlərdir? – ARAŞDIRMA

    5.08.2026 15:58:30
    P.S.

    CV ilə milliyə məşqçi təyinatı olar? – YAZI

    27.07.2026 12:17:33
    P.S.

    İşçiləri Ehtiram Quliyevi azı 100 min ziyana saldı

    18.06.2026 21:08:53
    Futbol

    "Turan Tovuz" məsələsində kim günahkar oldu? – YAZI

    16.06.2026 19:49:47
    Futbol

    Aldanmış başqan... - YAZI

    13.06.2026 14:12:44
    P.S.

    Məsuliyyətsizliyin əndişəsi – YAZI

    1.06.2026 08:19:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38

    II Liqada XIII turun təyinatları açıqlandı

    24.11.2026 20:48:56

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:12:33

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50

    Daha bir boksçumuz Avropa çempionu oldu

    24.11.2026 19:35:53

    Klubu millimizin futbolçusunu Konfrans Liqası üçün sifariş etdi

    24.11.2026 19:26:54

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59

    Boksçumuz ardıcıl 3-cü dəfə Avropa çempionu oldu

    24.11.2026 17:57:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved