Daha bir futbol millimiz Belarusun paytaxtı Minskə gedəcək.
Prosport.Az-ın xəbərinə görə, bu dəfə 21 yaşadək millimiz (U-21) Minskdə olacaq.
Seçmə mərhələdə sonuncu yeri tutan Samir Əliyevin yetirmələri noyabrda Belarusun paytaxtında təlim-məşq toplanışında olacaq. Yığmamız noyabrın 16-sı və 19-da belaruslu həmyaşıdlarıyla 2 yoxlama oyununda da qüvvəsini sınayacaq.
Qeyd edək ki, daha əvvəl U-15 qız və oğlan komandalarımız UEFA İnkişaf turniri çərçivəsində Minskdə olsalar da, nəticələr ürəkaçan olmayıb.
