Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Biz niyə bu gündəyik? – YAZI
    16.10.2024 09:43:11

    Bəzən adam aşağı yaş qruplarında bu nəticələrə baxanda düşünürsən ki, yox e, Santuşun millisi tənqidə layiq deyil. Bilirəm, indi Samir Əliyevi danışdırsan, deyəcək ki, İngiltərə son Avropa çempionudur, "Mançester Siti", "Liverpul"da oynayan futbolçuları var, bağ belə, bostan belə. Bəs yaxşı bu Avropa çempionlarına adam balası kimi uduzmaq olmazdı? Bəs Şimali İrlandiyaya 0:5-i kimin ayağına yazaq?

    Belə müqayisələri hər nə qədər xoşlamasam da, ancaq statistika adamın gözünə girir. Gürcüstan millisi artıq gələn il Slovakiyada keçiriləcək Avropa çempionatının bir addımlığındadır. Gürcülər sözün həqiqi mənasında əsl partlayış edirlər. Əsas komanda Avropa çempionatına çıxanda bunu xaricdə oynayan legionerlərlə əlaqələndirirdilər. Bəs U-21? Adamlar işi düzgün qurublar, bunun başqa adı yoxdur. Hələ növbəti AVRO-2028-də Gürcüstanı görsək, təəccüblənməyin.

    ...İngiltərə ilə oyuna baxdım. Musa Qurbanlının 1 zərbəsindən başqa, düşünülmüş hücum görmədim. Şimali İrlandiya ilə oyunda legioner qapıçı Rüstəm Samiqullin tənqid olundu. Dünən oyuna çıxan Xəyal Fərzullayevin topu tutmaq istəyərkən Samiqullindən betər səhv etdiyiini gördükdə, düşünürsən ki, hamısı eynidir, ha azərbaycanlısı, ha legioneri... Bu, əvvəlki rəhbərliyin etdiyi nöqsanların nəticəsidir. İndi artıq yavaş-yavaş gəlir çıxır qarşımıza. U-15-dən əsas milliyə kimi rüsvayçı nəticələrin olması bəlkə də indiki durumda xeyrimizədir. Çünki silkələnmək üçün vaxtdır. Düzdür, hələ bir neçə il də belə aşağı yaş qrupu olan, belə bazası olan Azərbaycanın əsas millisindən nəsə gözləmək faydasızdır. Fernandu Santuş hər nə qədər hər oyundan bir kapitanları dəyişsə də, hər nə qədər "bir neçə ilə yaxşı Azərbaycan millisi görəcəksiniz" desə də...

    İndi klubların akademiyalarına nəzarət gücləndirilməlidir. Aşkar rəqabətsiz çempionatlara əl gəzdirilməli, çıxış etmək xətrinə valideynlərdən pul alıb çempionata komanda buraxan özəl "akademiya"lar yarışa buraxılmamalıdır. Valideynləri şirnikləndirərək adına akademiya qoşan komandalara nəzarət edilməlidir. Adlarını European Football Academy, Universal Football Academy qoyub, ancaq akademiya ilə yaxından-uzaqdan əlaqəsi olmayan, adi bazaya sahib olmayan komandalar üçün lazım gəlsə, ayrıca çempionat təşkil edilməlidir. Ölkənin aparıcı klubu "Qarabağ" neçə ildir ki, akademiya üçün baza tapa bilmir. Bu məsələyə artıq dövlət səviyyəsində dəstək olunmalıdır. Uşaqlara "ayə, korsan?" deyən məşqçilər təftiş olunmalı, onların futbol biliyi sertifikasiyadan keçirilməlidir. Aşağı liqalarda hakimlərin səviyyəsi yoxlanılmalı, adi protokol doldura bilməyən hakimlər uzaqlaşdırılmalıdır.

    Belə olarsa, bəlkə 5 ilə Azərbaycanda futbolun yaşayacağına inamımız olacaq...

    Səbuhi Musa

    P.S. Bir də qeyd etmək yadımdan çıxdı. Biz ancaq minifutbol və ya çimərlik futbolunda İngiltərəni məğlub edə bilərik. Dünən ingilislər qolları bizə saydıranda məlum oldu ki, "Azərsun"un minifutbol komandası rumınlara Antalyada qalib gələrək Avropa çempionu olub.

    Futbol

    İşçiləri Ehtiram Quliyevi azı 100 min ziyana saldı

    18.06.2026 21:08:53
    P.S.

    "Turan Tovuz" məsələsində kim günahkar oldu? – YAZI

    16.06.2026 19:49:47
    P.S.

    Aldanmış başqan... - YAZI

    13.06.2026 14:12:44
    Futbol

    Məsuliyyətsizliyin əndişəsi – YAZI

    1.06.2026 08:19:20
    P.S.

    Azərbaycan futbolu "Eyeball"dan nə qazanacaq? – YAZI

    2.04.2026 16:06:01
    P.S.

    Elxan Məmmədovla açılan cığır – YAZI

    18.03.2026 11:41:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Hazırda "Braqa" və ya başqa komandanı düşünmürük" - Emin Mahmudov

    21.07.2026 15:15:07

    Toral Bayramov oynadı, "Bursaspor" qələbə qazandı

    21.07.2026 14:46:06

    "İmişli" "Qarabağ"ı darmadağın etdi

    21.07.2026 14:13:33

    "Qəbələ"də nigeriyalı vinger

    21.07.2026 13:20:19

    "Şəfa" növbəti transferini reallaşdırdı

    21.07.2026 13:12:15

    Orxan Sadıqlının yeni klubu bilindi

    21.07.2026 12:42:55

    Azərbaycan futbolunun inkişafı yalnız AFFA-nın məsuliyyəti deyil" - Edmond Klaus

    21.07.2026 12:22:50

    "Qarabağ"ın iştirak ərizəsində dəyişiklik: Bolt da heyətdən çıxarıldı

    21.07.2026 12:00:24

    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da

    21.07.2026 11:32:59

    "Araz-Naxçıvan" daha bir futbolçusu ilə müqaviləni yenilədi

    21.07.2026 11:07:17

    MOİK "Qarabağ"a 2 milyonluq futbolçu uğrunda mübarizədə də rəqib oldu

    21.07.2026 10:50:35

    "Aprel ayından maaş almırıq" – Həndbolçular etiraz edir

    21.07.2026 10:21:00

    "Maddi sıxıntılar səbəbindən bəzi oyunçular idmanı 2-ci plana keçirməyə məcbur qalırlar" – "Azəryol"un məşqçisi

    21.07.2026 10:08:46

    "Nə hazırlıq keçməyə, nə də məşq etməyə zalımız var" – Millinin baş məşqçisi

    21.07.2026 10:03:04

    Çempionlar Liqası: "Sabah" Finlandiya klubuna qarşı

    21.07.2026 10:00:10
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved