Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Voleybol
    Sabiq taekvondoçu voleybol klubuna prezident təyin olundu – EKSKLÜZİV
    17.09.2024 13:10:01

    "Azərreyl" klubunun yeni prezidentinin adına aydınlıq gəlib.

    Prosport.Az-ın əldə etdiyi məlumata görə, çıxarılan Orxan Kərimovun yerinə taekvondo üzrə dünya və ikiqat Avropa mükafatçısı, IV İslam Həmrəylik Oyunlarının qalibi Ramin Əzizov təyin olunub. 

    Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov Dövlət Gömrük Komitəsinin (DGK) sədri olarkən bu qurumda vəzifə alan, baş leytenant rütbəsində olan 36 yaşlı R.Əzizov məhz bu xətlə "Azərreyl"in başına gətirilib. Bu yerdə xatırladaq ki, Azərbaycan Voleybol Federasiyası DGK kurasiyasındadır, rəhbərlikdə yer alan şəxslərin çoxu bu qurumu təmsil edir.

    Yeri gəlmişkən, Orxan Kərimovu da, Ramin Əzizovu da bu posta təyin edən Voleybol Federasiyasının vitse-prezidenti, DGK sədrinin I müavini Bəhruz Quliyevdir. O.Kərimovda yanıldığını görən B.Quliyev DGK-da işləyən şəxsi prezident təyin etməklə hər şeyi yoluna qoymağa çalışır. Ancaq sual olunur: voleybolla əlaqəsi olmayan biri necə ölkənin ən köklü klubunu idarə edəcək?

    Əslində son illər federasiyada belə təyinatlar çoxdur. Məsələn, ötən il federasiyaya icraçı direktor təyin olunmuş Vidadi Hacıyev də voleybolla əlaqəsi olmayan şəxs idi. O, sadəcə DGK-da Əlbəyaxa döyüş üzrə təlimatçı olduğundan, bu vəzifəyə gətirilmişdi. Artıq o da işindən azad edilib və yerinə Vüqar Hüseynzadə təyin olunub.

    33 yaşlı Vüqar Hüseynzadə isə voleybol yox, futbol camiəsinə tanış simadır. O, 2012-ci ilin fevralında (20 yaşında) Hafiz Məmmədovun prezidenti olduğu "Bakı" klubunda əvvəlcə müşavir, həmin ilin noyabrında isə A komandanın meneceri təyin olunmuşdu. Onun futbol klubuna "Football Manager" kompüter oyununun qalibi olmasına görə təyin olunması o zaman BBC, ESPN, "New York Times" kimi məşhur nəşrlərdə böyük təəccüblə qarşılanmışdı. Ancaq onun "Bakı" fəaliyyəti çox qısa çəkdi. Lakin onun "Bakı"dan niyə ayrıldığı haqda heç bir rəsmi məlumat verilmədi.

    Vasif 

    Basketbol

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Basketbol

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Basketbol

    Naxçıvan təmsilçisindən yeni transfer

    18.09.2026 17:40:23
    Voleybol

    Azərbaycan çempionunun "Sportinq"lə oyunlarının hakimləri bilindi

    17.09.2026 19:31:08
    Top oyunları

    Azərbaycan Basketbol Liqası: Açılışı son çempion edəcək

    17.09.2026 16:42:30
    Top oyunları

    Naxçıvan təmsilçisindən yeni transfer

    17.09.2026 15:13:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved