Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Xəzər Lənkəran"ın sabiq hüquqşünası İntizam Komitəsindən çıxdı, yerinə gələn bəlli oldu – ÖZƏL
    13.09.2024 15:32:46

    AFFA İntizam Komitəsinin tərkibi dəyişdirilir.

    Prosport.Az-ın əldə etdiyi məlumata görə, "CBC Sport"un şərhçisi, "Xəzər Lənkəran" klubunun sabiq hüquqşünası Ramil Cahangirov Komitədən öz istəyi ilə çıxıb.

    Buna səbəb R.Cahangirovun Dövlət Şəhərsalma və Arxitektura Komitəsində İşğaldan azad olunmuş ərazilərdə layihələrin idarə edilməsi şöbəsinin müdiri işləməsi, daha çox Qarabağ bölgəsində olmasıdır. O bu səbəbdən Bakıdakı iclaslara qatıla bilmədiyini və İntizam Komitəsindən ayrılmaq istədiyini bildirib.

    AFFA İcraiyyə Komitəsinin bu gün saat 15:00-da başlamış iclasında məhz onun yerinə yeni üzv müəyyənləşəcək. Bu, ötən ildən İntizam Komitəsində səs hüququ olmayan, İntizam üzrə müfəttiş (İntizam Komitəsi üzvlərinin verdiyi qərarların qanunvericiliyə uyğun olub-olmadığını yoxlayan şəxs) işləyən Namiq Əliyevdir. O, İntizam Komitəsinin sədri Erkin Hüseynovun müavini təyin olunacaq.

    İntizam üzrə müfəttiş vəzifəsinə isə 3 nəfər namizəddir. Bunlardan 2-si AFFA-nın hüquqşünasıdırsa, 1-i kənar yerdəndir.

    Qeyd edək ki, ötən il martın 7-də keçirilmiş AFFA İcraiyyə Komitəsinin iclasından sonra İntizam Komitəsində Erkin Hüseynov sədr, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, əməkdaşı Məlik Həsənov, AFFA rəsmiləri – Qabil Nəcəfov, Elçin Məmmədov, hüquqşünas Ramil Cahangirov və Hakimlər Komitəsinin üzvü Ömər Paşayev üzv seçilib. İntizam Komitəsində səs hüququ olmayanlar kimi isə Namiq Əliyev (İntizam üzrə müfəttiş), Müzəffər Müzəffərli (PFL-in əməkdaşı) və Rəna Əsədova (AFFA-nın əməkdaşı) təyin olunub.

    Vasif

    Özəl xəbər

    Azərbaycan güləşçiləri Ermənistana gedəcək – EKSKLÜZİV

    18.11.2026 09:02:08
    Voleybol

    "Turan"ın sahibi büdcəni artırdı

    16.09.2026 09:58:31
    Futbol

    "Araz-Naxçıvan"ın yeni prezidenti bu şəxs oldu – ÖZƏL

    5.09.2026 09:32:02
    Futbol

    AFFA-da Fərrux İsmayılovun ayrıldığı departamentdə yeni rəhbər – ÖZƏL + FOTOLAR

    4.09.2026 17:04:36
    Özəl xəbər

    Azərbaycanda bu 3 federasiya ləğv edildi, yeni rəhbər bilindi – FOTO

    4.09.2026 00:19:57
    Özəl xəbər

    "Sərhədçi" dağıldı, onu yenisi əvəzlədi – ÖZƏL

    2.09.2026 14:20:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved