“Sabah” Azərbaycan Premyer Liqasında 25-ci böyükhesablı qələbəsini qazanıb.
Prosport.Az xəbər verir ki, bu, ölkə çempionatının IV turuna təsadüf edib. Valdas Dambrauskasın yetirmələri “Zirə”ni 5 cavabsız qolla üstələyib.
“Sabah” evdə 16-cı, ümumilikdə 25-ci dəfə 3 və ya daha çox top fərqi ilə qalib gəlib. Bakı klubu ən azı 25 belə qələbəsi olan 11-ci komandadır.
Qeyd edək ki, “Sabah” ilk böyükhesablı qələbəsini 2019-cu il sentyabrın 29-da “Səbail” üzərində qazanıb - 3:0.
