İspaniya La Liqasının 7-ci turunda Madrid derbisi keçirilib.
Prosport.Az xəbər verir ki, “Atletiko” doğma meydanda “Real”ı qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Real”ın müdafiəçisi Din Huysen 52-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. Bir dəqiqə sonra Qrimaldo penaltini dəqiq yerinə yetirərək “Atletiko”nu önə keçirib. 59-cu dəqiqədə Conatan David fərqi iki topa çatdırıb. “Real”ın təsəlli qolunu 89-cu dəqiqədə Antonio Rüdiger vurub.
7 turdan sonra “Barselona” 21 xalla turnir cədvəlinə başçılıq edir. “Atletiko” 16 xalla ikinci, “Real” isə 15 xalla üçüncü pillədə qərarlaşıb.
