Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Sonadək mübarizə apardıq" – Ronaldo
    20.09.2026 11:21:19

    Azərbaycan Premyer Liqasının VI turunda “İmişli” səfərdə “Sabah”a 1:3 hesabı ilə məğlub olub.

     Qarşılaşmadan sonra “İmişli”nin yeni transferi Ronaldo de Souza görüşlə bağlı fikirlərini Prosport.Az-la bölüşüb.

    – Matç haqqında fikirləriniz nələrdir?

    – Qarşılaşmanın çətin keçəcəyini əvvəlcədən bilirdik. Komanda olaraq baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışdıq. Sonadək mübarizə apardıq və hər bir futbolçu meydanda əlindən gələni etdi. Təəssüf ki, yekun nəticə bizim istədiyimiz kimi olmadı. Buna baxmayaraq, komanda şəklində yaxşı oyun göstərdik.

    – 6 turdan sonra cəmi bir qələbəniz var. Bu vəziyyəti necə qiymətləndirirsiniz?

    – Əlbəttə, biz də daha çox qələbə qazanmaq istəyirik. Qarşıdakı matçların asan olmayacağını başa düşürük. Milli fasilə zamanı daha çox işləyəcək, çatışmazlıqlarımız üzərində çalışacağıq. Növbəti rəqibimiz “Qarabağ”dır və onların güclü komanda olduğunu bilirik. Amma bu, bizim şansımızın olmadığı anlamına gəlmir. Futbolda hər nəticə mümkündür. Qələbə üçün əlimizdən gələn hər şeyi edəcəyik.

    – Hesab 2:1 olduğu vaxt oyunun sonuna az qalırdı. Sizcə, ikinci qolu vurmaq mümkün idi?

    – Bəli, belə imkanımız var idi. Son dəqiqələrdə hesabı dəyişmək üçün bütün gücümüzü ortaya qoyduq. Təəssüf ki, istəyimiz baş tutmadı. Mübarizə apardıq, amma nəticə əldə edə bilmədik.

    – Sizin üçün oyunun ən çətin bölümü hansı oldu?

    – Məncə, oyunu ayrı-ayrılıqda çətin və asan hissələrə bölmək düzgün deyil. Liqadakı komandaların səviyyəsini bilirik və burada asan qarşılaşma yoxdur. Matçın əvvəlindən təzyiq göstərərək erkən qol vurmağa çalışdıq, lakin bunu bacarmadıq. İlk 20 dəqiqədə rəqibin çoxsaylı hücumlarının qarşısını komanda şəklində düzgün oynadığımız üçün ala bildik. Daha sonra xal qazanmağın mümkün olduğunu gördük və qol vurmağa da nail olduq.

    – İlk 20 dəqiqədə “İmişli”nin qol imkanları oldu, lakin bunlardan istifadə edə bilmədiniz. Komandada hücumların sonlandırılması ilə bağlı problem olduğunu söyləmək olar?

    – Xeyr, bitiricilik baxımından problemimizin olduğunu düşünmürəm. Futbolda belə hallar normaldır. Biz həmin epizodlarda əlimizdən gələni etdik. Bəzən futbolçu meydanda düzgün qərar verə bilmir. Bundan başqa, hücumçunun vəzifəsi yalnız qol vurmaqdan ibarət deyil. O, lazım gəldikdə müdafiəyə qayıtmalı və komandaya bu istiqamətdə də kömək etməlidir. Bir neçə epizodun uğursuz alınmasına əsasən komandada bitiricilik problemi olduğunu demək düzgün olmaz.

    Futbol

    II Liqa: 2 oyuna 6 qol vuruldu

    12.10.2026 23:48:28
    Futbol

    "Bakıdan qələbə ilə qayıtmaq istəyirik" - Tomaş Vlçek

    12.10.2026 22:45:55
    Futbol

    Puxaç "Sabah"a necə transfer olundu? - Bir keçidin hekayəsi - VİDEO

    12.10.2026 22:15:21
    Futbol

    Bakıda Çempionlar Liqası oyununa görə dəyişiklik

    12.10.2026 21:41:20
    Futbol

    "Sabah”ı "Barselona" ilə müqayisə edərdim" – "Slaviya"nın baş məşqçisi

    12.10.2026 21:13:47
    Müsahibə

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    II Liqa: 2 oyuna 6 qol vuruldu

    12.10.2026 23:48:28

    Güləşçilərimiz Rusiyada 2 qızıl medal qazandı

    12.10.2026 23:14:47

    "Bakıdan qələbə ilə qayıtmaq istəyirik" - Tomaş Vlçek

    12.10.2026 22:45:55

    Puxaç "Sabah"a necə transfer olundu? - Bir keçidin hekayəsi - VİDEO

    12.10.2026 22:15:21

    Bakıda Çempionlar Liqası oyununa görə dəyişiklik

    12.10.2026 21:41:20

    "Sabah”ı "Barselona" ilə müqayisə edərdim" – "Slaviya"nın baş məşqçisi

    12.10.2026 21:13:47

    Kayak və kanoeçilərimiz Gürcüstanda yarışda iştirak edəcəklər - Fotolar

    12.10.2026 20:42:29

    Məşhur güləşçilərimiz ortaq idman zalı açdılar - FOTOLAR

    12.10.2026 20:18:58

    Bu federasiyaya yeni prezident seçildi

    12.10.2026 19:40:01

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07

    "Bəlkə onlar üçün asan rəqib kimi görünürük, amma nəyə qadir olduğumuzu bilirik" - Valdas Dambrauskas

    12.10.2026 18:48:12

    "Yaxşı nəticə ilə xalqımızı sevindirməyə çalışacağıq" - Rəhman Daşdəmirov

    12.10.2026 18:33:12

    Azərbaycan komandası Belarusda 1-ci oldu

    12.10.2026 18:06:59

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31

    "Hidayət Heydərovun çəki ilə bağlı böyük problemi var" - Riçard Trautman

    12.10.2026 17:36:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved