21–24 sentyabr tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda taekvondo üzrə uşaqlar arasında ölkə birinciliyi və 16–21 yaşlı idmançılar arasında ölkə çempionatı keçiriləcək.
Prosport.Az xəbər verir ki, dörd gün davam edəcək yarışda Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən idman klubları və cəmiyyətlərinin taekvondoçuları mübarizə aparacaqlar.
Uşaqlar arasında yarışda 2015–2017-ci il təvəllüdlü oğlan və qızlar, 16–21 yaşlılar arasında çempionatda isə 2005–2009-cu il təvəllüdlü idmançılar iştirak edəcəklər.
Uşaqlar:
Oğlanlar: 27, 30, 33, 36, 40, 44, 48, 52, 57, +57 kq
Qızlar: 27, 30, 33, 36, 40, 44, 48, 52, 57, +57 kq
16–21 yaşlılar:
Oğlanlar: 54, 58, 63, 68, 74, 80, 87, +87 kq
Qızlar: 46, 49, 53, 57, 62, 67, 73, +73 kq
Yarışın ilk iki günündə uşaqlar arasında ölkə birinciliyinin, son iki günündə isə 16–21 yaşlılar arasında ölkə çempionatının görüşləri keçiriləcək.
