Gəncə futboluna ağır itki üz verib.
Prosport.Az xəbər verir ki, veteran futbolçu Mehman Hacıyev 52 yaşında xəstəlikdən dünyasını dəyişib.
“Kəpəz”dəki çıxışları ilə tanınan Hacıyev bu komanda ilə Azərbaycan çempionu olub, ölkə kubokunu qazanıb.
Mərhum müdafiəçi “Turan” və “Qarabağ” klublarının formasını da geyinib.
Oyunçu karyerasını bitirdikdən sonra məşqçi kimi çalışıb.
