İspaniyanın “Barselona” klubu İngiltərə təmsilçisi “Mançester Siti”nin futbolçusu Ceremi Monqa ilə maraqlanır.
Prosport.Az xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb.
Kataloniya təmsilçisi 17 yaşlı vingerin transferini 2027-ci ilin yayında həyata keçirməyi planlaşdırır. Keçidin təxminən 20 milyon avroya başa gələcəyi gözlənilir.
Qeyd edək ki, “Mançester Siti” Ceremi Monqanı iyul ayında “Lester”dən təxminən 10 milyon avroya transfer edib.
