Türkiyə Superliqasının IV turunda keçirilən “Fənərbağça” – “Beşiktaş” matçını tribunadan izləyən azarkeşlərdən biri vəfat edib.
Prosport.Az xəbər verir ki, “Fənərbağça” fanatı Yaşar Gerçek ürək tutması nəticəsində həyatını itirib.
Hər iki klub azarkeşin vəfatı ilə bağlı başsağlığı verib.
Qeyd edək ki, qarşılaşmada “Beşiktaş” səfərdə “Fənərbağça”nı 2:1 hesabı ilə məğlub edib.
