3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Çinin Şanxay şəhərində keçirilən mövsüm finalında “Neftçi SOCAR” 1/4 finala yüksəlib.
Prosport.Az xəbər verir ki, Azərbaycan təmsilçisi bu mərhələdə Monqolustanın “Ulan-Bator Amazons” komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Qeyd edək ki, “Neftçi SOCAR” qrup mərhələsində Fransa seçməsinə 17:15 hesabı ilə qalib gəlib, Niderlanda isə 12:22 hesabı ilə məğlub olub.
