Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    "Çempionluq enerji verib, bir daha olsa, yenə güləşərəm" – Hidayət Heydərov
    31.07.2024 14:19:23

    "Sevincimdən bütün gecə yata bilməmişəm. Ağır görüşlər keçirməyimə baxmayaraq, yorğunluq hiss etmirəm. Çempionluq mənə enerji verib. Hətta müəllimim Elnur Məmmədliyə deyirəm ki, yenə olsa, bir daha güləşərəm".

    Prosport.Az xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) deyib.

    Olimpiya çempionu öz çəki dərəcəsində mübarizə aparan idmançılar arasındakı rəqabətdən bəhs edib: “Hər idmançı Olimpiada kimi vacib turnirə ciddi hazırlaşır. Amma 73 kq-da çıxış edən bütün cüdoçular mənə fokuslanmışdı. Çünki mən bu çəkidə dünya reytinqinin ilk pilləsindəyəm. Bununla yanaşı, may ayında dünya çempionu tituluna da yiyələndiyim üçün rəqiblərim mənə böyük təhlükə kimi baxırdı. Hər biri mənimlə döyüşə olduqca ciddi yanaşırdı. Elə rəqiblərim var idi ki, digər turnirlərdə dəfələrlə məğlub etdiyim halda, Olimpiadada onlarla yarışmaq çətin oldu. Özümə çox inanırdım. Amma bilirdim ki, heç vaxt arxayınlaşmaq olmaz. Çünki mənim yarışımdan bir gün öncə 52 kq-da lider olan cüdoçu uduzdu. Ona görə bir az içimə qapandım və fikirləşdim ki, çox riskə getmək olmaz”.

    “Şanslıyam ki, yanımda Elnur Məmmədli kimi təcrübəli olimpiya çempionu var. Düşünürəm ki, illər öncə o da özü kimi birindən dəstək alsaydı, yenidən çempion ola bilərdi. Çox xoşbəxtəm ki, yanımda belə bir insan var. Məndə demək olar ki, hər şey hazır vəziyyətdə idi, potensialım da yüksək idi. Amma o mənim bu sahədə ən yaxşı olmağıma səbəb oldu”, – deyə 28 yaşlı idmançı vurğulayıb.

    Xatırladaq ki, Olimpiadada mübarizəyə 1/8 final mərhələsindən qoşulan Hidayət Heydərov ilk görüşdə İsrail idmançısı Tohar Butbulu, 1/4 finalda isə kanadalı Artur Marqelidonu ipponla məğlub edib. O, yarımfinalda kosovolu Akil Qyakovaya, finalda isə fransalı Joan-Benjamen Qabaya qalib gələrək olimpiya çempionu adını qazanıb.

    Multiidman yarışları

    "Formula 1"in tanınmış pilotu Bakıda cərimələnə bilər

    15.09.2026 15:12:32
    Multiidman yarışları

    "Formula 1": 10 ildə marşal proqramına 35 mindən çox müraciət olub

    8.09.2026 11:46:47
    Multiidman yarışları

    "Formula 1" üzrə Azərbaycan Qran-prisində "City" tribunası quraşdırıldı

    1.09.2026 15:42:03
    Multiidman yarışları

    İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

    15.08.2026 18:46:47
    Olimpiya Oyunları

    Olimpiya çempionu xəstəxanaya yerləşdirildi

    25.07.2026 16:25:02
    Digər idman növləri

    Ramil Quliyevin xanımının olimpiya medalı əlindən alındı

    23.06.2026 13:13:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved