Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Olimpiya Oyunları
    AMADA yeni tətbiq istifadəyə verdi - "Paris-2024"lə bağlı
    23.07.2024 15:10:53

    Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Paris-2024” Yay Olimpiya və Paralimpiya Oyunları ərəfəsində idmançılarımızın hüquqlarını qorumaq və məlumatlılığı əlçatan etmək üçün artıq innovativ yanaşmalar tətbiq edir.

    Prosport.Az xəbər verir ki, agentlik Parisdə yarışacaq idmançılar və onların köməkçi heyəti üçün rəqəmsal platformalar üzərindən yeni imkanlar açıb.

    Olimpiya və Paralimpiya komandalarımızın üzvləri AMADA-nın “Teleqram” kanalı vasitəsilə dopinq nəzarəti prosesi, qadağan edilmiş siyahı, terapevtik istifadə üçün İstisna (Tİİ) və digər mövzular ilə bağlı ətraflı məlumat əldə edə bilərlər. Həmçinin yeni fəaliyyətə başlayan “paris2024.amada.az” saytına daxil olaraq, bütün suallara cavab tapmaq olar. Sayt iki – Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

    İdmançılar və köməkçi heyət AMADA-nın +99450-218-82-06 nömrəsi vasitəsilə əlaqə saxlayaraq, habelə “Vatsap” üzərindən dopinq nəzarəti ilə bağlı bütün suallarına operativ və dolğun şəkildə cavab tapa biləcəklər.

    Həmçinin AMADA tərəfindən “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edən idmançı və idmançı köməkçi heyəti üçün Olimpiadanın antidopinq qaydalarını özündə cəmləşdirən maarifləndirici videoçarx hazırlanıb. Həmin videoçarx ilə AMADA-nın sosial şəbəkə hesablarında və rəsmi saytında tanış olmaq mümkündür.

    AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə həyata keçirilən layihələrin təmiz idman dəyərlərinə hesablanmış növbəti addım olduğunu bildirib. Qeyd edib ki, agentlik olaraq idmançıların hüquqlarının qorunması və təmiz qələbələr ilə xalqımızı sevindirməsi AMADA üçün prioritet təşkil edir: “Dördilliyin zirvə yarışı zamanı əməkdaşlarımız hər bir müraciətə böyük diqqətlə yanaşacaq, idmançılarımızın üzləşə biləcəyi hər hansı antidopinq problemi ilə bağlı öz məsləhətlərini əsirgəməyəcəklər”.

    Həyata keçirilən innovativ yanaşmaların başlıca məqsədinin Olimpiya və Paralimpiya komandalarımızın dəstəklənməsi olduğunu bildirən AMADA rəsmisi antidopinq sahəsində məlumatlandırmanın əlçatan olması və təmiz idman mühitinin formalaşdırılması istiqamətində fəaliyyətin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

    Olimpiya Oyunları

    Paraatletika üzrə Açıq Qapı Günü keçirildi

    17.09.2026 19:54:22
    Olimpiya Oyunları

    Olimpiya çempionu xəstəxanaya yerləşdirildi

    25.07.2026 16:25:02
    Döyüş növləri

    Yenilənmiş Olimpiya medalları Azərbaycan idmançılarına təqdim olundu

    9.04.2026 12:46:21
    Olimpiya Oyunları

    Paris-2024 medalları yeniləndi - MOK-da təqdimat olacaq

    8.04.2026 14:30:03
    Güləş

    Olimpiya mükafatçılarımızın medalları yenisi ilə əvəzləndi

    16.03.2026 21:57:37
    Multiidman yarışları

    2 idmançımızın olimpiya medalı dəyişdirilir

    25.02.2026 17:17:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved