Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        P.S.
    Nəriman Abdullayevin biabırçılığa hakimlik donu geydirmək cəhdi – YAZI
    27.04.2024 10:48:02

    Mən boks üzrə yığmamızın böyük məşqçisi Nəriman Abdullayevi tanıyandan o, hakimlikdən şikayətlənir. Adam illərdir ki, tutduğu postdakı uğursuzluğu sığortalamaq üçün hakimləri günahlandırır. İnanmırsınız?

    Onun son illər verdiyi açıqlamalardan bəzilərini təqdim edirəm:

    Serbiyadakı Avropa çempionatı barədə (26.04.2024): "Müəyyən vaxtlarda hakim ədalətsizliyi idmançılarımızın məğlubiyyətinə səbəb oldu... Tayfur Əliyevə qarşı hakim haqsızlığının olduğunu söyləyə bilərəm... Lakin yenə hakimlərin qeyri-müəyyən qərarları idmançımızı finaldan etdi və nəticədə Malik Həsənov bürünc mükafatla kifayətləndi".

    İtaliyadakı lisenziya turniri barədə (11.03.2024): "Uduzduğumuz qarşılaşmalara baxsaq, Tayfur Əliyevin döyüşündə hakim qərarından narazı qaldıq".

    Özbəkistandakı dünya çempionatı barədə (15.05.2023): “Bir neçə döyüşdə problemlə üzləşdik, hakimlərin səhvi oldu... Hakimlər arasında o qədər dəyişikliklər olur, yeniliklər edilir ki, bəzi döyüşlərdə üstünlük bizə verilmişdi. Yarış vaxtı 2 münsif əyləşir. Əlavə hakimlər isə nəticəni dəyişə bilər. Məsələn, Nicat Hüseynovun döyüşündə qələbəni ona vermişdilər. Sadəcə, həmin 2 hakim qərarı dəyişdi”.

    Rumıniyadakı U-22 Avropa çempionatı barədə (02.04.2018): “56 kq çəki dərəcəsində final döyüşündə Tayfur Əliyev Rumıniya boksçusu Robert Jitaru üzərində təmiz qələbə qazandı və hesab edirəm ki, qalibiyyət bizim olmalı idi. Siz özünüz də şahidi oldunuz ki, finala vəsiqə qazanan bütün rumın boksçular hamısı məğlubiyyətlə üzləşdi. Son qızıl ümidləri isə Robert Jitaruya idi. Doğma divarlar arasında keçirilən yarışda rumınlar çalışırdı ki, 1 qızıl medal əldə etsinlər. Ona görə də bizim döyüş çox gərgin keçdi. Misal üçün deyim ki, vurulan zərbələrdən də görünürdü ki, “açıq” idi və hakimlər onun tərəfini saxlayırdı. Hesab edirəm ki, Avropa çempionatı Rumıniyada yox, başqa ölkədə təşkil olunsaydı, final döyüşünün qalibi Tayfur olardı. Çünki açıq-aydın görünürdü ki, 1 və 3-cü raundlarda Tayfur rəqib üzərində təmiz qələbə çaldı. Hesab edirəm ki, bu qələbə bizim olmalı idi... Boksçularımızın döyüşlərinin videoyazılarına sonradan baxan zaman hakimlərin qərəzli mövqeyi və 3:2 hesabı ilə bizim idmançıları uduzdurmalarının şahidi oluruq. Bizim hardasa 4 medalımız olmalı idi".

    Qardaş, bu Tayfur Əliyev hər dəfə uduzanda niyə hakim səhvi və ya qərəzi olur, mən başa düşə bilmirəm. Hakimlərin Tayfurdan çəkindiyi nədir? Ümumiyyətlə, sovet psixologiyasından qalma yanaşmanı çıxarıb atmaq lazımdır. O vaxt uduzanda deyirdilər ki, imperialist qüvvələr sovetlər ölkəsini gözü götürmür. Azərbaycanda isə hələ SSRİ daxilində uduzanda deyirdilər ki, müsəlmanıq, azərbaycanlıyıq, təbii ki, rusu, gürcünü, ermənini qoyub bizi qalib etməyəcəkdilər ki? Müsəlmanlığın nə dəxli? Avropada heç kim "müsəlman", "xristian" yanaşmasına görə idmana yanaşmır. Cəmiyyətin digər sahələrində bu diskriminasiya ola bilər, ancaq idmanda yox! Yəni, bunu etmək avropalı və ya xristian hakimə nə verir ki?

    Boksda hakim səhvi var, olub və olacaq. Ancaq bunun hər zaman məhz bizimkilərə qarşı edildiyini iddia etmək belə təcrübəli məşqçiyə yaraşmır. Bu, kubalı baş məşqçi Pedro Rokenin ayıbını örtməkdir. Bir dəfə Xətai metrostansiyasının yanındakı bankda pulunu Kubaya göndərməyə çalışan məşqçini görmüşdüm. Həyəcanlı idi, pulunu göndərə bilmirdi. Səbəbi vardı. Çünki Azərbaycanda aldığı maaş onun Kubadakı nəsli üçün bəs edər dərəcədədir.

    Peşəkar boks veteranımız Fariz Məmmədov demişkən, "Kubada olimpiya medalı vermədiyi üçün qovulan" bu məşqçini Azərbaycanda saxlamaq kimin marağındadır? Veteranlara, qazilərə ayrılmalı olan pullar (federasiya prezidenti əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayevdir – red.) bəlkə elə Pedro Rokenin cibinə gedir?

    Səbuhi Musa

    P.S. Avropa çempionatı sabah bitsə də, bizim üçün erkən başa çatıb. Yenə yerli boksçumuz Avropa çempionu ola bilmədi.

    P.S.

    İşçiləri Ehtiram Quliyevi azı 100 min ziyana saldı

    18.06.2026 21:08:53
    P.S.

    "Turan Tovuz" məsələsində kim günahkar oldu? – YAZI

    16.06.2026 19:49:47
    Futbol

    Aldanmış başqan... - YAZI

    13.06.2026 14:12:44
    Futbol

    Məsuliyyətsizliyin əndişəsi – YAZI

    1.06.2026 08:19:20
    P.S.

    Azərbaycan futbolu "Eyeball"dan nə qazanacaq? – YAZI

    2.04.2026 16:06:01
    P.S.

    Elxan Məmmədovla açılan cığır – YAZI

    18.03.2026 11:41:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "İnanıram ki, bu dəfə avrokubok bəxtsizliyini dəf edəcəyik" - Emin Mahmudov

    21.07.2026 15:15:07

    Toral Bayramov oynadı, "Bursaspor" qələbə qazandı

    21.07.2026 14:46:06

    "İmişli" "Qarabağ"ı darmadağın etdi

    21.07.2026 14:13:33

    "Qəbələ"də nigeriyalı vinger

    21.07.2026 13:20:19

    "Şəfa" növbəti transferini reallaşdırdı

    21.07.2026 13:12:15

    Orxan Sadıqlının yeni klubu bilindi

    21.07.2026 12:42:55

    Azərbaycan futbolunun inkişafı yalnız AFFA-nın məsuliyyəti deyil" - Edmond Klaus

    21.07.2026 12:22:50

    "Qarabağ"ın iştirak ərizəsində dəyişiklik: Bolt da heyətdən çıxarıldı

    21.07.2026 12:00:24

    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da

    21.07.2026 11:32:59

    "Araz-Naxçıvan" daha bir futbolçusu ilə müqaviləni yenilədi

    21.07.2026 11:07:17

    MOİK "Qarabağ"a 2 milyonluq futbolçu uğrunda mübarizədə də rəqib oldu

    21.07.2026 10:50:35

    "Aprel ayından maaş almırıq" – Həndbolçular etiraz edir

    21.07.2026 10:21:00

    "Maddi sıxıntılar səbəbindən bəzi oyunçular idmanı 2-ci plana keçirməyə məcbur qalırlar" – "Azəryol"un məşqçisi

    21.07.2026 10:08:46

    "Nə hazırlıq keçməyə, nə də məşq etməyə zalımız var" – Millinin baş məşqçisi

    21.07.2026 10:03:04

    Çempionlar Liqası: "Sabah" Finlandiya klubuna qarşı

    21.07.2026 10:00:10
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved