Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Olimpiya Oyunları
    Rüstəm Orucov MOK Komissiyasına üzv seçildi
    20.02.2024 17:59:00

    Milli Olimpiya Komitəsində (MOK) "Olimpiya Gündəliyi-2020" Komissiyasının iclası keçirilib.

    MOK-un mətbuat xidmətindən Prosport.Az-a verilən məlumata görə, qurumun baş katibi Azər Əliyevin sədrliyi ilə keçirilən iclasda komissiyanın gördüyü işlər, təşkil olunan idman tədbirləri və görüşlər, “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığın gedişatı, həmçinin komissiyanın bu il üzrə fəaliyyət planı müzakirə olunub.

    Azər Əliyev iclasın əvvəlində komissiyanın yeni üzvü seçilən Rüstəm Orucovu təbrik edərək, ona uğurlar arzu edib.

    Milli Olimpiya Komitəsinin vitse-prezidenti, "Olimpiya Gündəliyi-2020" komissiyasının üzvü Zemfira Meftahətdinova bildirib ki, “Təhlükəsiz İdman” mövzusu idmanda vacib şərtlərdən biridir: “Bir Olimpiya çempionu kimi demək istəyirəm ki, idmançı məşqçinin qarşısında daim öz məsuliyyətini hiss etməlidir. Məhz bu vasitə ilə idmançı özündə məsuliyyət hiss edərək böyük nailiyyətlər qazana bilər”.

    Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru Fərid Mansurov idmandakı zorakılıq haqqında danışıb. Olimpiya çempionu qeyd edib ki, peşəkar idmanda istər-istəməz bu hallara rast gəlinir: “Bəzən idmançı belə hallarda məşqçidən inciyərək idmanı tərk etmək qərarına gəlir. Amma yüksək nəticə əldə etdikdən sonra başa düşür ki, o məhz bunun sayəsində uğur əldə edib. Bu baxımdan da Beynəlxalq Olimpiya Komitəsinin tövsiyəsi olan “Təhlükəsiz İdman” mövzusunun belə halların aradan qaldırılması baxımından böyük rolu var”.

    İclasda komissiyanın “İdman hamı üçün” və “Qadın idmanda“ televiziya proqramları ilə bağlı cari məsələləri də müzakirə edilib.

    MOK-un Beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov “İdman hamı üçün” televiziya proqramının 2024-cü il mövsümü ərzində çəkilən buraxılışlarına dair ümumi məlumat verib.

    MOK-un Marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva “Olimpiya Gündəliyi-2020” Komissiyasının televiziya layihəsindən biri olan “Qadın idmanda” verilişinin yeni buraxılışları, mövzusu və qonaqları haqqında danışıb.

    “Təhlükəsiz İdman” mövzusundan danışan MOK-un İdman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev bununla bağlı maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb. O, sonra mövzu ilə bağlı təqdimatı komissiya üzvlərinin diqqətinə çatdırıb.

    Sonra komissiya üzvləri yeni mövsüm üçün təkliflərini səsləndirib.

    Qeyd edək ki, “Olimpiya Gündəliyi 2020” Komissiyasının əsası 2017-ci ildə qoyulub. Komissiya Beynəlxalq Olimpiya Komitəsi tərəfindən yenilənmiş strateji sənədin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə xidmət edir.

    Digər idman növləri

    Paraatletika üzrə Açıq Qapı Günü keçirildi

    17.09.2026 19:54:22
    Multiidman yarışları

    Olimpiya çempionu xəstəxanaya yerləşdirildi

    25.07.2026 16:25:02
    Olimpiya Oyunları

    Yenilənmiş Olimpiya medalları Azərbaycan idmançılarına təqdim olundu

    9.04.2026 12:46:21
    Döyüş növləri

    Paris-2024 medalları yeniləndi - MOK-da təqdimat olacaq

    8.04.2026 14:30:03
    Güləş

    Olimpiya mükafatçılarımızın medalları yenisi ilə əvəzləndi

    16.03.2026 21:57:37
    Döyüş növləri

    2 idmançımızın olimpiya medalı dəyişdirilir

    25.02.2026 17:17:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved