Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    "Bəzi cüdoçular bizi məyus edirlər" – Rəşad Rəsullu
    5.02.2024 13:55:17

    "Təbii ki, bəzi çatışmazlıqlar və bizi məyus edən idmançılar var. Bunu açıq şəkildə deməliyəm. Federasiyanın onlara göstərdiyi etimadı tam doğrultmurlar".

    Prosport.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu deyib.

    Funksioner yığma üzvlərinin Portuqaliyadakı Qran-pri və Fransadakı "Böyük Dəbilqə"dəki çıxışlarına toxunub: "Bizim üçün ilin əsas yarışı Paris-2024 Yay Olimpiya Oyunlarıdır. Hazırda bütün hazırlıqlar ora yönəldilib. İlin əvvəlidir, bəzi idmançılarımız yaxşı formada deyillər. Bu, nəticələrdə də sözünü deyir. Portuqaliya Qran-prisinin və Parisdəki "Böyük Dəbilqə"nin nəticəsinə baxanda hesab edirik ki, komanda plana uyğun olaraq yaxşı nəticə göstərir. Bəzi çəki dərəcələrində idmançılar onlardan çoxdandır gözlənilən performansı göstərməyə başlayıblar. Parisdə iki gümüş medalımız oldu. Bunu qənaətbəxş hesab edirik. "Böyük Dəbilqə" və digərləri elə də önəmli deyil. Hazırlıq prosesinin düzgün getməsi, zədənin olmaması bizim üçün önəmlidir. İşimiz çoxdur, çalışmalıyıq".

    Baş katib fevralın 16-18-də Bakıda keçiriləcək "Böyük Dəbilqə"nin də onlar üçün vacib olduğunu diqqətə çatdırıb: "Mayda dünya çempionatı gerçəkləşəcək. Bakıdakı turnir bir növ hazırlıq yarışı olacaq. Hazırda nəticədən çox hazırlıq prosesinin düzgün getməsinə önəm veririk".

    R.Rəsullu Yay Olimpiya Oyunları üçün seçim sənədlərinin olduğunu xatırladıb: "İlk növbədə reytinq önəmlidir. Həmin vaxtda kimin formada olmasına da önəm veriləcək. 73, 100 və +100 kq-dan başqa, daxili rəqabət güclüdür. Sonda məşqçilər heyəti öz fikrini bildirəcək, sonra federasiya rəhbərliyi ilə qərar verəcəyik. Digər çəkilərlə bağlı qərarı maydakı dünya çempionatından sonra verəcəyik".

    Cüdo

    İlham Zəkiyev Misirdə 3-cü oldu

    21.11.2026 21:39:25
    Cüdo

    Cüdoçumuz dünya ikincisi oldu

    21.11.2026 19:23:24
    Cüdo

    Dünya çempionatı: 1 cüdoçumuz finalda, digəri üçün "bürünc" şansı

    21.11.2026 14:01:39
    Cüdo

    Zaqrebdə zədələnən cüdoçumuzun durumuna aydınlıq gəldi

    21.11.2026 13:13:32
    Cüdo

    İlham Zəkiyev Misir Qran-prisində iştirak edəcək

    20.11.2026 19:19:02
    Cüdo

    Dünya çempionatı: 2-ci gündə erkən vida

    20.11.2026 11:58:06
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved