Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Vüqar Həşimovun ruhuna hörmətsizlik edənlər: Kişi şahmatı fiaskoda – YAZI
    6.01.2024 09:39:31

    Ölkə idmanında şahmat son 1 ildə ağır imtahandan keçdi. Daha doğrusu keçməyə çalışdı, ancaq keçmək müyəssər olmadı.

    Bunadək öyündüyümüz kişi şahmatı artıq tənəzzül mərhələsinə qədəm qoyub. Həmişə fəxrimiz olan üçqat Avropa çempionları – Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov artıq özlərinin pik formasından xeyli geriyə düşüb. Vaxtı ilə FIDE reytinqində ilk "10-luq"da olan bu 2 şahmatçı indi "20-liy"i tərk etməyə namizəddir. Hazırda reytinqdə Şəhriyar 24-cü, Teymur isə 27-cidir.

    Ötən il Monteneqronun Budva şəhərində keçirilmiş komandalar arasında Avropa çempionatında kişi şahmat millimiz fiasko yaşadı. Artıq ilk turda komandamız Danimarkaya, Məmmədyarov Mads Andersenə uduzanda fiaskonun ola biləcəyi işartıları vardı. Nəticədə turnirin reytinq favoriti sayılan Azərbaycan millisi cəmi 9 xal toplaya bildi və 18-ci yeri tutmaqla kifayətlənməli oldu. Ancaq vətəndaşlığını ABŞ pasportuna dəyişən Levon Aronyanın yoxluğunda Ermənistan millisi Avropa 3-cüsü ola bildi. Deməli, istər federasiyada, istərsə də millinin özündə işlər düzgün qurulmayıb. Ya artıq bu şahmatçılarla vidalaşmağın vaxtıdır, ya da komandaya yaxşı hazırlıq keçə biləcək baş məşqçi təyin olunmalıdır.

    Bəli, bu yarışa görə "bu şahmatçılarla vidalaşmağın vaxtıdır" cümləsi sərt ehkam kimi görünə bilər. Məsələ burasındadır ki, bu şahmatçılar bundan əvvəl Bakıda keçirilmiş Dünya Kubokunda da nə iləsə yadda qalmamışdı. Doğma divarlar arasında Şəhriyar elə ilk mərhələdəcə sinqapurlu şahmatçıya uduzmaqla ümidləri doğrultmamışdı. Elə Teymur da çox uzağa getməyi bacarmamışdı. Kişi şahmatımızın Bakıda biabır olmamasına görə federasiya yalnız və yalnız Nicat Abbasova borclu olmalıdır. Ancaq o da son anda büdrəyərək Dünya Kubokunda medalsız qalmışdı.

    İlk dəfə Qəbələdə təşkil olunan "Vüqar Həşimov" turniri də kişi şahmatımızın can verdiyini artıqlaması ilə göstərdi. Əvvəllər bu turnirdə Maqnus Karlsen çıxış edirdi deyə, bizimkilərin qalib olmamasına bəraət qazandırmaq olardı. Ancaq son 2 ildə bu turnirin səviyyəsi və mükafat fondu aşağı düşdüyündən, Karlsen Azərbaycana gəlmir. Bunun müqabilində nə Şəhriyar, nə də Teymur bu turniri qazana bilmir. 2022-ci ildə özbək Nadirbəy Əbusəttarov, ötən ay isə hindistanlı Vidit Santoş Qucrati gözlərimiz önündə Vüqar Həşimovun xatirəsinə həsr olunan kuboku başı üzərinə qaldırdı. Bəs bu, mərhum Vüqar Həşimovun ruhuna hörmətsizlik deyilmi?

    Özbəkistanın Səmərqənd şəhərində keçirilən şahmatın rapid və blits növləri üzrə dünya çempionatına 17 şahmatçı ilə qatıldıq. Ancaq nəticə dəyişmədi ki, dəyişmədi. Kişilərdə rapiddə ən yaxşı nəticəni göstərənimiz Rəcəbov oldu – 39-cu yer! Bəs hanı 2013-cü ildə Rusiyada rapid üzrə dünya çempionu olmuş Şəhriyar Məmmədyarov? Hanı 2015-ci ildə Almaniyada rapid üzrə dünya 3-cüsü olmuş Teymur Rəcəbov? Onları artıq gələn də məğlub edir, gedən də... 

    Kişi şahmatçılarımızın uğursuzluğu fonunda qadın millimizdən də danışmasaq, düzgün olmaz. Qadın şahmatında isə 2019-cu ildən inkişaf hiss olunur. 2019-cu ildə Gürcüstanın Batumi şəhərində və 2021-ci ildə Sloveniyanın Çatej ob Savi kəndində keçirilmiş komandalararası Avropa çempionatında bürünc medallara yiyələnmiş qadın millimiz bu dəfə Monteneqroda gümüş medalları qazana bildi. Noyabrda Ayan Allahverdiyeva İtaliyada 18 yaşadək şahmatçılar arasında dünya çempionatında qızıl medal qazanmaqla da qadın şahmatında inkişafın olmasından xəbər verdi. Hətta rapid və blits şahmatı üzrə dünya çempionatında kişilərlə müqayisədə ən yüksək nəticəni qadın şahmatçımız Ülviyyə Fətəliyeva göstərdi. "Vüqar Həşimov" turnirinin direktoru Anar Allahverdiyevə yarışdan öncə "bəlkə artıq bu turnirə qadın şahmatçıları buraxmağın zamanı çatıb?" sualını əbəs yerə verməmişdik...

    Artıq federasiya rəhbərliyi şahmatda strategiya dəyişikliyinə yol verməlidir. İndi diqqətlər, maliyyə investisiyası daha çox qadın şahmatına yönəldilməlidir. Kişilər üzümüzü ağ edə bilmədi, ümid qadınlaradır. Sentyabrda Macarıstanın paytaxtı Budapeştdə 45-ci Şahmat Olimpiadası keçiriləcək. O vaxtadək tənqidlərdən nəticə çıxarın. Vaxt getdi...

    Səbuhi Musa

    P.S. Mərhum Prezidentimiz Heydər Əliyevin köməkçisi işləmiş, 1995-2001-ci illərdə Şahmat Federasiyasının rəhbəri olmuş Eldar Namazovun 10 il əvvəl verdiyi belə bir açıqlama vardı: "Vüqar Həşimovun ruhu rahat ola bilər ki, qələbələr davam edəcək". Artıq əmin ola bilərsiniz ki, onun ruhu şad olmur...

    Digər idman növləri

    AMADA rəsmiləri Fransaya niyə gedib?

    4.06.2026 12:05:40
    Digər idman növləri

    Azərbaycanlı keçmiş idmançı 3 övladı ilə birlikdə oğurlandı

    4.06.2026 11:57:37
    Digər idman növləri

    Millimizin dünya çempionatındakı ilk rəqibləri bilindi

    3.06.2026 22:50:50
    Stolüstü oyunlar

    Azərbaycanlı idmançını İsveçə göndərdilər

    3.06.2026 14:44:14
    Digər idman növləri

    Azərbaycan avarçəkənləri Qazaxıstanda tam heyətlə medal qazandılar

    3.06.2026 12:08:23
    Digər idman növləri

    Su İdmanı Sarayı Dünya Kubokuna hazırlaşır - Bəzi bölmələrin fəaliyyəti dayandırıldı

    2.06.2026 19:00:38
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Mehriban Əliyeva da millimizi təbrik etdi

    5.06.2026 16:40:47

    "Sabah"ın futbolçusunun səhhətində narahatlıq yarandı, millidən kənarlaşdırıldı

    5.06.2026 16:15:06

    Toral Bayramov "Bursaspor"a niyə keçdiyini ilk dəfə açıqladı - VİDEO

    5.06.2026 16:00:22

    Prezident Minifutbol Federasiyasına 1 milyon ayırdı

    5.06.2026 15:23:45

    Premyer Liqa klubunda yeni müqavilə

    5.06.2026 15:10:03

    Adı "Neftçi" ilə hallanan ulduz İspaniya klubunda

    5.06.2026 14:43:28

    Güləş yığmalarımız fərqli məkanlarda hazırlıq keçir

    5.06.2026 14:13:07

    Azərbaycan Kubokunun qalibi istefaya göndərildi

    5.06.2026 13:59:27

    "Sabah"ın hazırlıq planı bilindi

    5.06.2026 13:36:48

    Cüdoçularımız Avropa çempionatına Şamaxıda hazırlaşır

    5.06.2026 13:19:14

    "Neftçi"yə görə Belçika klubundan imtina etdi

    5.06.2026 12:40:52

    Ölkə çempionatında 6 medal

    5.06.2026 12:12:31

    Premyer Liqanı tərk edən komandada daha 2 ayrılıq

    5.06.2026 11:39:37

    Seçmə mərhələ: Millimiz Sumqayıtda lideri qəbul edir

    5.06.2026 11:13:11

    Voleybol yığmamız Avropa Liqasında mübarizəyə başlayır

    5.06.2026 10:53:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved