Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    "Bəzi futbol klubları tərəfindən basketbola maraq var" – Emin Əmrullayev
    22.05.2023 11:30:29

    Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev Astarada keçirilən 3x3 qadın basketbolu üzrə yarışda iştirak edib. 

    Prosport.Az-ın Astaraya ezam olunmuş əməkdaşı elm və təhsil naziri də olan Emin Əmrullayevin müsahibəsini təqdim edir:  

    – Turnirlə bağlı fikirləriniz necədir?
    – Artıq turnir başa çatdı. Oxşar daha iki turnir keçirilməlidir. Öncə Şuşada, avqustda isə Bakıda belə mərhələ yarışı təşkil olunacaq. Astara camaatı və basketbol azarkeşləri üçün bayramdır. Çox maraqlı turnir idi.

    – Qarşıda Şuşa yarışı var. Hazırlıq nə yerdədir?
    – Komandaların siyahısı gələn həftə müəyyənləşəcək. 7 komanda qeydiyyatdan keçib. Biz 8 komandanı gözləyirik. Azərbaycan millisi və "Neftçi" yenə həmin yarışda iştirak edəcək. Bizim komandalar üçün də təcrübədir. Bu yöndə hazırlıqlar gedir.

    – Kütləviliyin artması üçün daha hansı yarışlar nəzərdə tutulub?
    – Tamaşaçılar arasında azyaşlı şagirdlər var. Bu, uşaq basketbolunun inkişafı üçün yaxşıdır. Basketbol liqasının oyunları da maraqlı keçir. Klublarımız avrokuboklarda oynayarsa, bu, Azərbaycan basketboluna rəng qatacaq.

    – Azərbaycan çempionatının səviyyəsi sizi qane etdi?
    – Bu, ilk il idi. Çempionata gec başladıq. Çalışdıq ki, keyfiyyətli olsun. Növbəti çempionatın daha maraqlı və coğrafiyasının daha geniş olmasını istəyirik. Qarşıdakı illərdə həmin klubların mümkün qədər uşaq komandalarının da olması üçün federasiya tərəfindən işlər görüləcək. Çünki uşaq basketbolu güclü olarsa, yalnız bu halda basketbolumuz inkişaf edəcək.

    – Basketbolun xüsusi dərs kimi dərsliklərə salınması nəzərdə tutulub?
    – Bunu daha çox klublarla birlikdə etmək istəyirik. Çünki klublar da bunda maraqlı olmalıdır. Nazirliklə klublar birlikdə bu uşaq basketbolu modeli üzərində işləməyi düşünürük. Bu il "AAAF Xırdalan"la bu modeli tətbiq etdik. Artıq 800-ə qədər uşaq bu komandada basketbolla məşğul olur. Bu, çox yaxşı rəqəmdir. Digər şəhər və rayonlarda da bu təcrübə genişlənərsə, kütləvilik olarsa, keyfiyyətdən danışa bilərik.

    – Əvvəlki müsahibələrinizdən birində bildirmişdiniz ki, futbol klublarının da basketbol komandalarının yaradılması üçün çalışırsınız. Ötən il futbol klublarından "Sabah" basketbola qoşuldu. Futbol klublarının basketbola cəlb edilməsi yönündə iş görülür?
    – Ümumi iş gedir. Həmişə belə təkliflərə açığıq. Bəzi klublar tərəfindən maraq da var. Yəqin ki, 2-3 həftəyə kimlərin ola biləcəyini görəcəksiniz. Proses gedir. Oturuşmuş klublarla işləmək daha rahatdır, nəinki yeni klubların yaradılması. Bu o demək deyil ki, yeni klub yaranmır. Hazırda bir neçə təşəbbüs var. Maksimum bir ay ərzində növbəti mövsüm hansı klubların liqada mübarizə aparacağı barədə məlumat alacaqsınız. 8-dən çox komandanın liqada olmasını planlaşdırırıq. Bu, 10, ya 12 olacaq, baxacağıq...

    – Liqanın qalibinin avrokuboklarda mübarizə aparması gözlənilir?
    – Gözlənilir. Sadəcə bu yenə də klubların maliyyə imkanlarından asılıdır. Bu məsələni FIBA-da qaldırmağa hazırıq. Çempionlar Liqası və Avropa Kubokunda iştirak üçün imkanlarımız var. Sadəcə komandalarımız müvafiq şərtlərə cavab verməlidir. Bu şərtlərə cavab versələr, bəli, klublarımız avrokuboklarda oynayacaqlar.

    Səbuhi Musa

    Futbol

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Futbol

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Müsahibə

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Müsahibə

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Müsahibə

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan Kubokunda ilk mərhələyə yekun vurulur

    9.10.2026 10:52:42

    "Kəpəz" autsayderin, "Sabah" "Neftçi"nin qonağı olacaq

    9.10.2026 10:24:27

    Zelim Kotsoyev Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

    9.10.2026 10:00:24

    "Sabah" BOS-da məşqə çıxdı

    9.10.2026 00:19:25

    Azərbaycanda üzgüçülüyün inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

    8.10.2026 23:12:03

    Dünya çempionatı: Azərbaycan medal sıralamasında neçəncidir?

    8.10.2026 22:56:42

    Paralimpiya mükafatçımız Parisdə 2-ci oldu

    8.10.2026 22:30:08

    UEFA prezidentindən AFFA ilə bağlı qalmaqallı açıqlama

    8.10.2026 21:43:45

    Azərbaycanlı nümayəndə Albaniya - Uels oyununda

    8.10.2026 21:14:13

    MOK rəsmiləri Olimpiya Həmrəyliyi Forumunda

    8.10.2026 20:37:55

    "Medallarımızın sayı daha çox olacaq" - Murad Fətiyev

    8.10.2026 19:50:12

    "İmişli" onlarla yollarını ayırdı

    8.10.2026 19:40:32

    III Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşdi

    8.10.2026 19:19:54

    Azərbaycan cüdosunda tarixi rekord: 5-ci medal qazanıldı - YENİLƏNİB

    8.10.2026 18:46:29

    "Səbail" - "Karvan-Yevlax" matçında qollu "sülh"

    8.10.2026 18:17:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved