Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    Cüdo Federasiyası rəhbərliyi dünya çempionatındakı uğursuzluğu təhlil etdi
    18.05.2023 15:00:41

    "1 bürünc medalı uğursuzluq kimi qiymətləndiririk. Bu dünya çempionatında ən azı 1 finalımız və 3-4 medalımız olmalıydı".

    Prosport.Az-ın məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu deyib.

    O, Qətərin paytaxtı Dohada keçirilən cüdo üzrə dünya çempionatında uğursuz çıxış barədə deyib: "4 qadın idmançımız bu yarışda iştirak edirdi. Ümumiyyətlə, qadın cüdosuna kişilərdə olduğu kimi böyük diqqət ayırırıq. Gültac Məmmədəliyeva mart ayında "Böyük Dəbilqə"də medal qazanmaqla uzun müddətdən sonra qadın cüdosunda mükafat qazanan idmançı oldu. Qadın cüdoçulardan dünya çempionatında medal gözləmirdik. Amma əvvəlki kimi deyil. Qadın cüdoçularımız güləşirlər, ya vaza-ari ilə uduzurlar, ya da "Golden score"da məğlub olurlar. Yəni qadın cüdoçularımız əvvəlki kimi orada sadəcə iştirakçı olmurlar".

    R.Rəsullu hər çəki üzrə kişi cüdoçuların mübarizəsini təhlil edib:

    "Balabəy Ağayevin uduzmasında məşqçilik bir şey yoxdur. O öz səhvindən mərakeşli idmançı ilə güəşəndə ippona düşdü. Bizdə elə başa düşülür ki, Mərakeşdə cüdo yoxdur. Elə olsaydı, Mərakeş millisi qarışıq komanda yarışında 5-ci olmaz, Tedi Riner kimi əfsanəvi cüdoçu həmin ölkədə təlim-məşq toplanışı keçməzdi. Həmin çəkidə digər idmançımız Turan Bayramov yaponiyalı Naohisa Takatonu ippona salsa da, qeydə alınmadı. Sonradan yapon məşqçilər özləri də etiraf etdilər ki, orada ippon vermək olardı. Bu görüş 1/8 finala təsadüf etdiyindən, cüdonun qaydalarına görə o, təsəlliverici yarışa qatıla bilmədi.

    66 kq-da çıxış edən Orxan Səfərov isə əvvəlki kimi güləşə bilmir. Orxan belə performansla Olimpiya Oyunlarında güləşə biləcəkmi? O özü bu barədə düşünməlidir. Hazırda yığmada ən problemli çəki 66 kq-dır. Nəinki bu çəkidə, ümumiyyətlə hazırda Azərbaycan cüdosunda ən istedadlı idmançı Kəramət Hüseynov olsa da, intizamsızlığı ona mane olur. Yaşar Nəcəfov isə Zaqreb Qran Prisindən sonra enişdədir deyə onu yığmaya cəlb etməmişdik.

    73 kq-da Hidayət Heydərov Moldova cüdoçusu Adil Osmanovla güləşəndə ciddi zədələndi. Digər görüşlərə iynə hesabına çıxdı. Hazırda 6 həftə tatamidən kənarda qalacaq. Hidayətin Manuel Lombardo ilə görüşündə "hansoku"nu verməmək də olardı. Ancaq oxşar epizodda Kasseylə Qriqalaşvilinin görüşündə birincinin başı tatamiyə dəysə də, orada "hansoku" qeydə alınmadı. Hidayətin ən böyük problemi məişət zəminində olan problemlərinin tatamiyə yansımasıdır. O, 83 kq çəki dərəcəsindən çəkisini atır. Amma çətinlik çəkir, çünki dietaya tam əməl etmir.

    81 kq çəki dərəcəsində Səid Mollayi də eyni "hansoku-mate" səbəbindən uduzdu. Halbuki indiyədək o belə səhvə yol verməyib.

    90 kq-da Məmmədəli Mehdiyev artıq öz güləşini artıra bilmir. Murad Fətiyevin çıxışında isə inkişaf artan templə gedir.

    Zelim Kotsoyevin azı gümüş medalı əlindən alınıb. Yarımfinalda Krpaleklə görüşdə edilən hakim səhvi idi. Düzdür, sonradan buna görə üzr istənildi. Ancaq üzrlə nəticəni dəyişmək olmur.

    Uşanqi Kokauri isə İnal Tasoyevlə görüşdə uduzdu. Tasoyev sonradan dedi ki, Rinerdən sonra ən çətin görüşü Kokauri ilə oldu.

    Gördüyünüz kimi, biz cüdoçularımızın məğlubiyyətlərinin səbəbini izah etdik. Mübahisəli hakim qərarları və idmançı səhvləri olub. İstənilən halda, biz bu nəticəni uğursuz adlandırırıq". 

    Səbuhi Musa

    Cüdo

    Zelim Kotsoyev Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

    9.10.2026 10:00:24
    Cüdo

    Dünya çempionatı: Azərbaycan medal sıralamasında neçəncidir?

    8.10.2026 22:56:42
    Cüdo

    "Medallarımızın sayı daha çox olacaq" - Murad Fətiyev

    8.10.2026 19:50:12
    Cüdo

    Azərbaycan cüdosunda tarixi rekord: 5-ci medal qazanıldı - YENİLƏNİB

    8.10.2026 18:46:29
    Cüdo

    Bakıda cüdo üzrə dünya çempionatı ilə bağlı sərgi açıldı - FOTOLAR

    8.10.2026 16:17:30
    Cüdo

    Ömər Rəcəbli dünya çempionatında qazandığı medalı atasına həsr etdi

    7.10.2026 20:50:50
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan Kubokunda ilk mərhələyə yekun vurulur

    9.10.2026 10:52:42

    "Kəpəz" autsayderin, "Sabah" "Neftçi"nin qonağı olacaq

    9.10.2026 10:24:27

    Zelim Kotsoyev Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

    9.10.2026 10:00:24

    "Sabah" BOS-da məşqə çıxdı

    9.10.2026 00:19:25

    Azərbaycanda üzgüçülüyün inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

    8.10.2026 23:12:03

    Dünya çempionatı: Azərbaycan medal sıralamasında neçəncidir?

    8.10.2026 22:56:42

    Paralimpiya mükafatçımız Parisdə 2-ci oldu

    8.10.2026 22:30:08

    UEFA prezidentindən AFFA ilə bağlı qalmaqallı açıqlama

    8.10.2026 21:43:45

    Azərbaycanlı nümayəndə Albaniya - Uels oyununda

    8.10.2026 21:14:13

    MOK rəsmiləri Olimpiya Həmrəyliyi Forumunda

    8.10.2026 20:37:55

    "Medallarımızın sayı daha çox olacaq" - Murad Fətiyev

    8.10.2026 19:50:12

    "İmişli" onlarla yollarını ayırdı

    8.10.2026 19:40:32

    III Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşdi

    8.10.2026 19:19:54

    Azərbaycan cüdosunda tarixi rekord: 5-ci medal qazanıldı - YENİLƏNİB

    8.10.2026 18:46:29

    "Səbail" - "Karvan-Yevlax" matçında qollu "sülh"

    8.10.2026 18:17:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved