Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Korvalol", yoxsa "valerian"? – YAZI
    30.10.2023 09:00:00

    Səbuhi Sadiq yazır...

    "Neftçi" PFK-da çalışan hər kəsə aiddir bu yazıda olan sözlər... 

    Bir klub ki öz azarkeşinin başını digərlərinin yanında aşağı edir, o klubdan nə azarkeşinə, nə ölkəsinə, nə də özünə xeyir gələr. Başı aşağı olmaq deyəndə, təkcə klubun uduzmasını nəzərdə tutmuram. Komanda uduzar da, udar da. Məsələ filmdə deyildiyi kimi, "vnimatelnı" olmaqdadır. 

    Klubun rəhbərliyindən tutmuş, sosial media işçilərinə kimi hər kəs azarkeşlərlə məzələnməklə məşğuldur. Biz "Neftçi"nin bundan daha pis vəziyyətdə olduğunu da görmüşük. "Qəbələ" bizə qol şousu göstərəndə əsəbimizdən hər şeyi dağıtmışıq, 9 il "Qarabağ"ın bizim qarşımızda kubok qaldırdığını görəndə içdən-içə ağlamışıq. Amma builki kimi bizimlə məzələnən heç olmamışdı. Hər şeyi dəyişirsiniz, amma beyninizi dəyişmirsiniz. Hansı ki düşünən məhz o beyindir. 

    Belə nəticələr əldə edən klubun məşqçisi mərd adam olsaydı, çıxıb deyərdi ki, bağışlayın, mən bacarmadım, sağ olun. Amma Mutu deyir ki, vaxt lazımdır, böyük proyektimiz var və s. 

    Sosial media "Sabah"ı zəif görüb, biabırçı post paylaşır ki, bəs sabah olmayacaq. Ay qardaş, sən öz klubunun gücünə bu qədər əminsən ki, belə şey paylaşıb, sonra cavab gəlməyəcəyini düşünürsən?! Rəqib klubun "korvalol" paylaşımı ürəyimizə ox kimi girdi. Bunu heçmi düşünmədiniz? Heçmi azarkeşlərinizin başı aşağı olacağını düşünmədiniz? Bu klubun azarkeşlərinə hörmətsizlik etmək bu qədərmi asandır? 

    Kluba yeni rəhbərlik gələndə, azca da olsa sevinmişdik. Amma indi bütün bunlardan siz məsulsunuz. Papağınızı qoyun qabağınıza fikirləşin, "korvalol", yoxsa "valerian"? Azarkeşlər hansından istifadə etsin? Oyun haqqında fikirləşməyin, onsuz da oyunu fikirləşən tək BİZİK!

    Futbol

    "Turan Tovuz"un 2 milyon dollarlıq sponsoru kimlərdir? – ARAŞDIRMA

    5.08.2026 15:58:30
    Futbol

    CV ilə milliyə məşqçi təyinatı olar? – YAZI

    27.07.2026 12:17:33
    Futbol

    İşçiləri Ehtiram Quliyevi azı 100 min ziyana saldı

    18.06.2026 21:08:53
    Futbol

    "Turan Tovuz" məsələsində kim günahkar oldu? – YAZI

    16.06.2026 19:49:47
    P.S.

    Aldanmış başqan... - YAZI

    13.06.2026 14:12:44
    Futbol

    Məsuliyyətsizliyin əndişəsi – YAZI

    1.06.2026 08:19:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Koxalskinin gedişindən hələ mənim xəbərim yoxdur" - Qurban Qurbanov

    6.09.2026 23:10:53

    Türkiyə millisi ikinci dəfə Avropa çempionu oldu

    6.09.2026 23:05:53

    “Qarabağ”a qarşı belə mübarizə aparmaq olar" - Zaur İsmayılov

    6.09.2026 22:53:44

    Premyer Liqa: "Qarabağ"dan ardıcıl 3-cü qələbə - VİDEO

    6.09.2026 22:08:54

    "Mançester Yunayted" "Sabah"la oyundan əvvəl xal itirdi

    6.09.2026 22:08:23

    "Nəticə oyuna görə olmadı" – Filipe Kandidu

    6.09.2026 20:44:53

    "Mən bu işlərə qarışmamağa çalışıram" – Qurban Berdiyev

    6.09.2026 20:41:35

    Taekvandoçularımızdan 2 qızıl medal – FOTOLAR

    6.09.2026 20:15:34

    “ALUFAR IRONMAN" yarışı başa çatdı – FOTOLAR

    6.09.2026 20:11:13

    "Turan Tovuz"dan autsayder üzərində çətin qələbə - VİDEO

    6.09.2026 20:05:59

    "Qarabağ" – "Araz-Naxçıvan": HEYƏTLƏR

    6.09.2026 19:14:00

    FIFA təsdiqlədi, o da namizəddir

    6.09.2026 18:57:04

    Təmsilçilərimiz Yaponiyada keçirilən yarışda 6-cı oldu – FOTOLAR

    6.09.2026 17:53:55

    "Turan Tovuz" – "Sumqayıt": HEYƏTLƏR

    6.09.2026 16:57:46

    Osimhen 3 həftə yaşıl meydanlardan uzaq qalacaq

    6.09.2026 16:26:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved