Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        P.S.
    Gənclər və İdman Nazirliyində yeyinti halları aşkarlandı
    17.10.2023 16:07:11

    Gənclər və İdman Nazirliyində tikinti layihəsində pozuntular aşkarlanıb, materiallar prokurorluğa göndərilib.

    Prosport.Az xəbər verir ki, bu, Hesablama Palatasının “Gənclər və İdman Nazirliyinə bəzi tikinti layihələri üzrə ayrılan dövlət investisiyalarının auditi” üzdə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair məlumatında əksini tapıb.

    Bildirilib ki, Gənclər və İdman Nazirliyinə bəzi tikinti layihələri üzrə ayrılan dövlət investisiyalarının auditi zamanı Goranboy Olimpiya İdman Kompleksinin tikintisi üzrə dövlət büdcəsindən ayrılan vəsaitin istifadə və idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunmasını nəzərə alaraq auditin nəticələrinə dair müvafiq materiallar Baş Prokurorluğuna göndəriləcək.

    Qeyd edilib ki, auditlə əhatə olunan dövrdə Nazirlik və Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan Obyektlər Müdiriyyəti (TOM) tərəfindən qurumdaxili dövlət investisiya siyasətinin həyata keçirilməsi və investisiya layihələrinin icrasına nəzarət, həmçinin bu layihələrin maliyyələşdirilməsi qeyri-qənaətbəxş səviyyədə təşkil olunub və bir sıra hallarda qanunsuz xərclərə yol verilib. Belə ki, tikilən obyektlərin dövlət proqramlarında nəzərdə tutulan tədbirlərə uyğunluğu, texniki-iqtisadi əsaslandırılması və qiymətləndirilməsi tam təmin edilməyib, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlər qismən və ya tam icra edilməyib, investisiya xərcləri üzrə vəsaitin vaxtında və müəyyən edilən məbləğdə ayrılması üçün tədbirlər görülməyib, bu səbəbdən layihələrin icrasını başa çatdırmaq üçün 161,5 mln. manat məbləğində vəsaitin istifadəsi təmin edilməyib. Tikinti norma və qaydalarının tələbləri pozularaq smeta sənədlərində və yerinə yetirilən işlərin qəbul aktlarında işçi layihə ilə müqayisədə kənarlaşmalara yol verilib, “Neftçala rayonunun Olimpiya İdman Kompleksinin tikintisi” obyekti üzrə smeta sənədlərində və yerinə yetirilmiş işlərin qəbulu aktlarında iş həcmlərinin layihədə nəzərdə tutulandan çox göstərilməsi nəticəsində 3 halda podratçıya 27,9 min manat, 7 halda yerinə yetirilməyən işlərə görə 221 min manat və 18 adda idman və mebel avadanlıqlarının mövcud olmamasına görə 38,8 min manat, cəmi 287,7 min manat məbləğində büdcə vəsaiti podratçıya artıq ödənilib. TOM tərəfindən qeyd edilən kənarlaşma məbləğinin 206 min manatının dövlət büdcəsinə ödənildiyi, 42,9 min manat dəyərində yerinə yetirilməyən işlərin yerinə yetirilərək bərpa edildiyi və 38,8 min manat dəyərində idman və mebel avadanlıqlarının digər lazımı avadanlıqlarla əvəzləşdirildiyi barədə Hesablama Palatasına müvafiq məlumatlar təqdim edilib. “Goranboy rayonunda Olimpiya İdman Kompleksinin tikintisi” obyekti üzrə smeta sənədlərində və işlərin qəbulu aktlarında iş həcmlərinin layihəyə nisbətən çox göstərilməsi nəticəsində 6 halda 135,2 min manat və 80 halda yerinə yetirilməyən işlərə və mövcud olmayan mebel avadanlıqlarına görə 379,6 min manat, 1 halda yerinə yetirilmiş iş həcmlərinə “bazis-əmsal” üsulu tətbiq edilməklə hesablanmış işin dəyəri üzrə yaranan kənarlaşmaya görə 457,6 min manat, cəmi 972,4 min manat məbləğində büdcə vəsaiti podratçıya artıq ödənilib. Satınalma müqaviləsinin şərtlərinə, həmçinin öhdəliklərin icrasına düzgün əməl edilməyərək 2 obyekt üzrə 5% miqdarında və ya 1 milyon 379 min 900 manat məbləğində keyfiyyət zəmanəti vaxtından əvvəl podratçılara ödənilib, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə, satınalma müqavilələrinin şərtlərinə və müvafiq satınalma prosedurlarına düzgün əməl olunmayıb, 1 halda bank təminatının müddətində uyğunsuzluq olan iddiaçı prosedurdan kənarlaşdırılmaq əvəzinə qalib elan edilib, 6 halda ehtimal olunan qiymətdən yüksək qiymət təklif edən iddiaçıların adı yekun protokolda qeyd edilməyib və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməyib, 7 halda satınalma müqaviləsi nümunəvi formaya uyğun tərtib edilməyib, 3 halda satınalma müqavilələrinə əlavə edilmiş dəyişikliklər üzrə artırılan dövr üçün müqavilənin icrasının bank təminatı və 1 halda müqavilə müddətindən sonrakı 30 bank günü üçün bank təminatı podratçılar tərəfindən təqdim edilməyib, 5 halda obyektin ehtimal olunan qiyməti satınalma müqaviləsi bağlandıqdan sonra (tərtib) müəyyən edilib, 1 halda müqavilənin müddətinin uzadılması ilə bağlı müqaviləyə əlavə razılaşma protokolu tərtib edilməyib, 7 halda satınalma müqavilələrinin nəticəsi barədə məlumatlar tender elanının verildiyi mətbuat orqanında və ya rəsmi internet saytında yerləşdirilməyib, 1 halda isə gecikmə ilə yerləşdirilib. Bəzi hallarda mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”nın və müvafiq hüquqi aktların tələblərinə, həmçinin Dövlət Statistika Komitəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim olunan hesabatların göstəriciləri maliyyə hesabatlarının və Hesablama Palatasına təqdim olunan “Dövlət büdcəsində dövlətəsaslı vəsait qoyuluşu (investisiya) xərcləri çərçivəsində icra olunan layihələrin icra vəziyyəti barədə hesabat”ın müvafiq göstəricilərinə uyğun olmayıb.

    Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən:

    - Aşkar edilmiş pozuntuların aradan qaldırılması çərçivəsində “Neftçala rayonunun Olimpiya İdman Kompleksinin tikintisi” obyekti üzrə podratçıya artıq ödənilən 287,7 min manat vəsaitin 206 min manatının birbaşa dövlət büdcəsinə ödənildiyinin, 42,8 min manat dəyərində işlərin yerinə yetirilərək bərpa edildiyinin və 38,8 min manat dəyərində idman və mebel avadanlıqlarının digər lazımi avadanlıqlarla əvəzləşdirildiyinin nəzərə alınması;

    - Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə bəzi tikinti layihələri üzrə ayrılan dövlət investisiyalarının auditi zamanı Goranboy Olimpiya İdman Kompleksinin tikintisi üzrə dövlət büdcəsindən ayrılan vəsaitin istifadə və idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunmasını nəzərə alaraq auditin nəticələrinə dair müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi;

    - Maliyyə (mühasibat) uçotu sahəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması və görülmüş digər işlər barədə bir ay müddətində Hesablama Palatasına məlumat verilməsi məqsədilə müvafiq Kollegiya Qərarı ilə təsdiq edilən Auditor hesabatının surətinin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan Obyektlərin Müdiriyyətinə göndərilməsi;

    - “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.4-cü və 22.16-cı maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinə auditin nəticələri barədə məlumat verilməsi təklif edilir.

    P.S.

    İşçiləri Ehtiram Quliyevi azı 100 min ziyana saldı

    18.06.2026 21:08:53
    Futbol

    "Turan Tovuz" məsələsində kim günahkar oldu? – YAZI

    16.06.2026 19:49:47
    P.S.

    Aldanmış başqan... - YAZI

    13.06.2026 14:12:44
    P.S.

    Məsuliyyətsizliyin əndişəsi – YAZI

    1.06.2026 08:19:20
    P.S.

    Azərbaycan futbolu "Eyeball"dan nə qazanacaq? – YAZI

    2.04.2026 16:06:01
    P.S.

    Elxan Məmmədovla açılan cığır – YAZI

    18.03.2026 11:41:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "100 faiz yeni transferlər olacaq" – Yuri Vernidub

    21.07.2026 15:42:43

    "Hazırda "Braqa" və ya başqa komandanı düşünmürük" - Emin Mahmudov

    21.07.2026 15:15:07

    Toral Bayramov oynadı, "Bursaspor" qələbə qazandı

    21.07.2026 14:46:06

    "İmişli" "Qarabağ"ı darmadağın etdi

    21.07.2026 14:13:33

    "Qəbələ"də nigeriyalı vinger

    21.07.2026 13:20:19

    "Şəfa" növbəti transferini reallaşdırdı

    21.07.2026 13:12:15

    Orxan Sadıqlının yeni klubu bilindi

    21.07.2026 12:42:55

    Azərbaycan futbolunun inkişafı yalnız AFFA-nın məsuliyyəti deyil" - Edmond Klaus

    21.07.2026 12:22:50

    "Qarabağ"ın iştirak ərizəsində dəyişiklik: Bolt da heyətdən çıxarıldı

    21.07.2026 12:00:24

    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da

    21.07.2026 11:32:59

    "Araz-Naxçıvan" daha bir futbolçusu ilə müqaviləni yenilədi

    21.07.2026 11:07:17

    MOİK "Qarabağ"a 2 milyonluq futbolçu uğrunda mübarizədə də rəqib oldu

    21.07.2026 10:50:35

    "Aprel ayından maaş almırıq" – Həndbolçular etiraz edir

    21.07.2026 10:21:00

    "Maddi sıxıntılar səbəbindən bəzi oyunçular idmanı 2-ci plana keçirməyə məcbur qalırlar" – "Azəryol"un məşqçisi

    21.07.2026 10:08:46

    "Nə hazırlıq keçməyə, nə də məşq etməyə zalımız var" – Millinin baş məşqçisi

    21.07.2026 10:03:04
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved