Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        P.S.
    Bakı Şəhər Halqasının media yarıtmazlığı – PART II (Ardı var)
    10.05.2023 17:54:45

    Xatırlayırsızsa, yaxınlarda Bakı Şəhər Halqasına media işlərində köməklik göstərən "Synergy" haqda yazı yazmışdım. İndi növbə Halqadadır. Mətbuatı halqasına salan şirkətdə... Bu onların dili ilə desəm, Part II sayıla bilər. 

    Düz 10 gün gözlədim. Hər hansısa izahat, hər hansısa üzr gözlədim Bakı Şəhər Halqasından. Məsələn, keçmişdə olan əməkdaşlığımıza sayğı ilə yanaşıb deyə bilərdilər ki, sizə akkreditasiya verilməməsinə görə üzr istəyirik, səbəblər bizdən asılı deyil və s. Necə ki, təxminən oxşar problemə görə digər bir federasiyanın mətbuat katibi həmin üzrü istəmiş və bunu normal qarşılamışdıq. Əgər ölkə idmanınının (futboldan kənar) incəliklərini bilib işıqlandıran 5 idman saytından biri (buna iddia edirəm və iddiamı da hamıya sübut etməyə hazıram) olan Prosport.Az saytına izahat vermək və ya üzr istəmək kimi üzlər sizdə yoxdursa, o zaman bu yazını oxumaq sizin tam haqqınızdır. Bu müddətdə dövlətin pulu ilə əyləndiniz, kef məclisi qurdunuz, yediklərinizi həzm etdinizsə, tənqid payını götürmək indi sizin nəsibinizdir. Yeni şüarınızda olduğu kimi: "Gözləmədiyinizi gözləyin!" (Expect Unpexpected).

    Başlayaq Milli Mətbuat katibi olan Turab Teymurovdan. Ayan Ağaların gedişindən sonra əvvəl işlədiyim ictimai-siyasi saytda bu təyinatı ilk olaraq mən ictimaiyyətə çatdırmışdım. Düzdür, ilk vaxtlar bu, təkzib olunsa da, gec-tez – bir neçə ay sonra mən deyənə gəldilər və təyinat açıqlandı. Bir müddət sonra Teymurov köməkçiləri vasitəsilə müraciət edərək mənə geniş müsahibə vermək istədiyini bildirdi. Təbii ki, onadək "Formula 1" haqda hər şey artıq mətbuatda bəlli idi və müsahibə PR xarakterli, bir növ onun ictimaiyyətə tanınması üçün olmalıydı. Belə şeyləri xoşlamasam da, könülsüz şəkildə razılıq verdim və müsahibə çıxdı. 

    Mən bunları niyə görə dedim? Çünki həmin müsahibə Bakı Şəhər Halqasının saytında istinad mədəniyyəti olmadan paylaşıldı. Mətbuat sahəsində işləyən şəxsin bu normalara əməl etməsi bir qanundur, əməl edilməməsi mədəniyyətsizlikdir. Demək ki, hansısa şirkətin media departamentində işləmək hələ onun mətbuatın "M" hərfindən xəbəri olmasından məlumat vermir. 2 dəfə iraddan sonra bunun düzəldiləcəyi vədi verildi, amma yerinə yetirilmədi. Demək ki, adam öz işçilərinə də söz keçirə bilmir. Adamın vəzifəsinin adında "Milli" sözü var. Amma milli jurnalistlərə akkreditasiya verilməsinə heç bir köməklik göstərə bilmir, əvəzində İvana Knöll kimi Qətərdə fahişə kimi tanınan bir xorvata qucaq açılır (bu haqda sonrakı yazıda). 

    Məsələ bununla da kifayətlənmir. Həmin şirkətin media işçiləri hansı saytların akkreditasiyadan keçib-keçmədiyini belə bilmirlər. Hələ mən onu demirəm ki, Bakı Şəhər Halqasının media əməkdaşları son müqaviləyədək şirkətin "Formula 1"lə müqaviləsinin neçənci ilədək olduğundan xəbərsiz idilər və hətta yerli jurnalistləri səhv məlumat verməkdə borclu çıxarırdılar. Xatırlamasanız, bunu sübut kimi təqdim edə bilərəm. Bu, biabırçılıq deyilsə, bəs nədir?

    Telekanal işçiləri, "Formula 1"dən yazan jurnalistlər Bakı Şəhər Halqasının mətbuat işindən narazıdır. Niyə? Çünki əsl jurnalistlər yarışı işıqlandırmaq üçün kənarda qoyulub, əvəzində ildə bir dəfə idman jurnalisti olmayan şəxslərdən zorla idman jurnalisti düzəldilib. Vəziyyət o qədər biabırçı həddə gəlib çatıb ki, özünə hörmət edən jurnalistlər o şəxslərə görə boyunlarına bəcik keçirib özlərini onlarla bir sırada tutmaq istəmirlər. Akkreditasiya verilən həmin "idman jurnalistləri"ndən (bəlkə də ümumiyyətlə jurnalist fəaliyyəti yoxdur)  "Formula 1" bolidlərini və pilotlarının adlarını soruşsan, ən yaxşı halda Şumaxer və "Ferrari" adını çəkərlər. Bir də dövlətin pulu hesabına başlarına çəkdikləri içkinin adına görə "Red Bull"u.

    Akkreditasiya məsələsini tamamlamlamamış bir məqamı da qeyd edim ki, əgər siz Azərbaycan idmanını düşünən şəxslər olsaydınız, idmanı işıqlandıran saytlara aşağıda göstərilən e-maili göndərməz, abrınıza qısılıb utanardınız. Necə yəni müvafiq tələblərə tam cavab verə bilməmişik? Gözünüzün içinə kimi yalan danışırsınız. Bütün tələblərə riayət olunub. Hansı tələbə əməl olunmayıbsa, sübut kimi təqdim edin! Əslində mən akkreditasiyadan keçirilməyəcəyimi ilk gündən bilirdim, hələ media üçün ziyafətlərin təşkil olunduğu gündən. Sadəcə, prinsipiallıq nümayiş etdirərək sizin həqiqətləri eşitmək, sizin etirafınızı bilmək üçün akkreditasiyaya baş vurmuşdum. Ancaq siz etirafı da bacarmırsız. 

    Sifarişin kim tərəfindən verildiyini bilmirəm, bilmək də maraqlı deyil. Mən sizi tanıyıram, digərlərini yox. Siz özünüz keçmişə dayanıqlı əməkdaşlığa görə bunu etiraf etmək cürətində bulunmalıydınız. Növbəti yazı Bakı Şəhər Halqasının yeni BOSS-u haqda olacaq. Hazırlaşsın Part III-ə.

    Səbuhi Musa

    P.S. Bu yazı "Formula 1" ərəfəsində də mətbuatda işıqlandırıla və Beynəlxalq Avtomobil Federasiyasına şikayət məktubunda da əks oluna bilərdi. Ancaq Azərbaycan idmanının adına xələl gəlməməsi, "Formula 1" kimi mötəbər turnirin ölkəmizdə keçirildiyi bir vaxtda əcnəbilərin qara nöqtə tapa bilməməsi üçün susmağa qərar verdim...

    Futbol

    "Turan Tovuz"un 2 milyon dollarlıq sponsoru kimlərdir? – ARAŞDIRMA

    5.08.2026 15:58:30
    Futbol

    CV ilə milliyə məşqçi təyinatı olar? – YAZI

    27.07.2026 12:17:33
    P.S.

    İşçiləri Ehtiram Quliyevi azı 100 min ziyana saldı

    18.06.2026 21:08:53
    P.S.

    "Turan Tovuz" məsələsində kim günahkar oldu? – YAZI

    16.06.2026 19:49:47
    P.S.

    Aldanmış başqan... - YAZI

    13.06.2026 14:12:44
    P.S.

    Məsuliyyətsizliyin əndişəsi – YAZI

    1.06.2026 08:19:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah" BOS-da məşqə çıxdı

    9.10.2026 00:19:25

    Azərbaycanda üzgüçülüyün inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

    8.10.2026 23:12:03

    Dünya çempionatı: Azərbaycan medal sıralamasında neçəncidir?

    8.10.2026 22:56:42

    Paralimpiya mükafatçımız Parisdə 2-ci oldu

    8.10.2026 22:30:08

    UEFA prezidentindən AFFA ilə bağlı qalmaqallı açıqlama

    8.10.2026 21:43:45

    Azərbaycanlı nümayəndə Albaniya - Uels oyununda

    8.10.2026 21:14:13

    MOK rəsmiləri Olimpiya Həmrəyliyi Forumunda

    8.10.2026 20:37:55

    "Medallarımızın sayı daha çox olacaq" - Murad Fətiyev

    8.10.2026 19:50:12

    "İmişli" onlarla yollarını ayırdı

    8.10.2026 19:40:32

    III Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşdi

    8.10.2026 19:19:54

    Azərbaycan cüdosunda tarixi rekord: 5-ci medal qazanıldı - YENİLƏNİB

    8.10.2026 18:46:29

    "Səbail" - "Karvan-Yevlax" matçında qollu "sülh"

    8.10.2026 18:17:40

    Bakı Olimpiya Stadionu ÇL oyunlarına hazırdır - FOTOLAR

    8.10.2026 17:51:31

    Azərbaycan klubunun üzvləri Türkiyədə lift qəzasına düşüb

    8.10.2026 17:18:03

    "Sabah" - "Borussiya Dortmund" matçının biletləri satışda

    8.10.2026 16:54:20
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved