Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Formula-1
    "Synergy": İdmanımıza ləkə salan qurum – İZAHAT TƏLƏB EDİRİK
    17.04.2023 14:30:40

    Ölkədə belə bir qurum var: Synergy Partnership.

    Bu qurum başından böyük işlər görməyə başlayıb. Deyilənə görə, bu qurumun keçmiş vergilər naziri Fazil Məmmədova məxsus olmuş "Synergy Group"a aidiyyatı yoxdur. Hər halda özləri belə deyir. Amma Azərbaycan adlı balaca məmləkətdə eyni adlı 2 qurumun olması çox təəccüb doğurur. 

    "Synergy Partnership" – adından da göründüyü kimi qurumun məqsədi tərəfdaşlıq etməkdir. Bu şirkət qurumlara pul müqabilində media ilə əlaqələrin yaradılmasında, onlara press-relizlərin (informasiya mətni) təqdim olunmasında köməklik götürmək öhdəliyini daşıyır. 

    Synergy.az saytına daxil olduqda göstərilən PR xidmətlər arasında məhz bunlar var:

    • PR planın hazırlanması
    • Media ilə əlaqələr
    • Press relizlər
    • Media monitorinq
    • Mətbuat konfransları
    • Media turlar
    • Müsahibələr

    2008-ci ildə yaradılan və özünü PR və Marketinq şirkəti adlandıran bu qurum görünür, öz vəzifə missiyalarını unudub və qara işlərlə məşğuldur. Uzun illərdir ki, Baku City Circuit (Bakı Şəhər Halqası) ilə əməkdaşlıq edən şirkət artıq jurnalistlər arasında seçim etməyə başlayıb. Deyəsən, ölkəmiz üçün turistik baxımdan əhəmiyyətli sayılan "Formula 1" tədbirinin işıqlandırılmasında bu şirkət maraqlı deyil. Hər halda görünən son mənzərə budur. Bakı Şəhər Halqasının son tədbirlərində jurnalistlər və fotoqraflar arasında ayrı-seçkilik salınmağa başlanıb. Onların bəziləri tədbirlərə dəvət olunmurlar. Bu insanlar arasında daha əvvəllər "Formula 1" tədbirlərində akkreditasiyadan keçmiş mətbuat nümayəndləri də var. Sizə whatsapp qrupunda olan yazışmaları təqdim etməyimiz kifayətdir ki, hər şeydən hali olasınız... 

    Hədyanlıq bununla da bitmir. May ayında ölkəmiz ilk dəfə taekvondo üzrə dünya çempionatına ev sahibliyi edəcək. Azərbaycan Taekvondo Federasiyası da mətbuatla əlaqələrin qurulması, jurnalist və fotoqrafların mətbuat konfranslarına dəvət olunması üçün məhz "Synergy"ni seçib. Ancaq bu şirkət "Formula 1"də olduğu kimi, yenə ayrı-seçkiliyə yol verib. Halbuki bu şirkətin xanım əməkdaşları əvvəllər dəfələrlə bəndənizə email göndərib, tədbirə dəvət ediblər (bu barədə şəkillərdə tanış ola bilərsiz). İndi isə mətbuatla idman qurumları arasında əlaqələrin qurulmasına məsul "Synergy" çirkin siyasətə keçib.

    Bilmirəm, bu şirkətin rəhbəri kimdir və ya onun bu baş verənlərdən xəbəri varmı? Ancaq bizə bu zərrə qədər də maraqlı deyil. Bizə maraqlı olan odur ki, "Synergy" əməkdaşlıq adı altında ayrı-seçkiliklə məşğul olur və Milli Olimpiya Komitəsinin prezidenti də olan ölkə başçısı İlham Əliyevin idman siyasətinə zidd hərəkət edir. Bu qurumdan rəsmi izahat tələb edirik: Niyə Azərbaycan idmanını 15 ildən çoxdur ki, işıqlandıran Səbuhi Musa və digər şəxslərin imzası onlarda narahatlıq doğurur? Onlara bu əmri verən şəxslər kimlərdir? "Formula 1" kimi mötəbər turnirin, taekvondo üzrə dünya çempionatının bizim tərəfimizdən işıqlandırılmamasını bu qurum və onlara tapşırıq verən şəxslər niyə istəmir?

    Səbuhi Musa

    P.S. Çox təəssüf edirəm ki, ölkədə 2 idman jurnalistləri qurumu olsa da, onlar bu müddətdə bu barədə səslərini rəsmi şəkildə çıxarmayıblar. Ümid edirəm ki, bu yazıdan sonra Azərbaycan İdman Jurnalistləri Assosiasiyası və Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi də bu ayrı-seçkiliyə göz yummayacaq. Yumulacağı halda, bu qurumların fəaliyyəti haqda şübhələrimiz formalaşacaq. 

    Formula-1

    İlham Əliyev və ailə üzvləri "Formula 1"i izləyir

    26.09.2026 16:32:49
    Formula-1

    "Formula 2" Azərbaycan Qran-prisinin qalibi bilindi

    26.09.2026 13:40:01
    Digər idman növləri

    "Formula 1" üzrə 2027-ci il Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

    16.09.2026 13:14:50
    Formula-1

    "Formula 1"in tanınmış pilotu Bakıda cərimələnə bilər

    15.09.2026 15:12:32
    Multiidman yarışları

    "Formula 1": 10 ildə marşal proqramına 35 mindən çox müraciət olub

    8.09.2026 11:46:47
    Formula-1

    Niderland Qran-prisinin qalibi bəlli oldu

    23.08.2026 18:50:17
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan Kubokunda ilk mərhələyə yekun vurulur

    9.10.2026 10:52:42

    "Kəpəz" autsayderin, "Sabah" "Neftçi"nin qonağı olacaq

    9.10.2026 10:24:27

    Zelim Kotsoyev Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

    9.10.2026 10:00:24

    "Sabah" BOS-da məşqə çıxdı

    9.10.2026 00:19:25

    Azərbaycanda üzgüçülüyün inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

    8.10.2026 23:12:03

    Dünya çempionatı: Azərbaycan medal sıralamasında neçəncidir?

    8.10.2026 22:56:42

    Paralimpiya mükafatçımız Parisdə 2-ci oldu

    8.10.2026 22:30:08

    UEFA prezidentindən AFFA ilə bağlı qalmaqallı açıqlama

    8.10.2026 21:43:45

    Azərbaycanlı nümayəndə Albaniya - Uels oyununda

    8.10.2026 21:14:13

    MOK rəsmiləri Olimpiya Həmrəyliyi Forumunda

    8.10.2026 20:37:55

    "Medallarımızın sayı daha çox olacaq" - Murad Fətiyev

    8.10.2026 19:50:12

    "İmişli" onlarla yollarını ayırdı

    8.10.2026 19:40:32

    III Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşdi

    8.10.2026 19:19:54

    Azərbaycan cüdosunda tarixi rekord: 5-ci medal qazanıldı - YENİLƏNİB

    8.10.2026 18:46:29

    "Səbail" - "Karvan-Yevlax" matçında qollu "sülh"

    8.10.2026 18:17:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved