Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        MMA
    "MMA-in “M” hərfindən başı çıxmayan gözəlçələrə ilk sıralarda yer tapılıb" – YAZI
    15.09.2023 14:20:47

    Dünən ölkəmizdə ilk dəfə keçiriləcək Yaponiyanın Rayzin Döyüş Federasiyasının "Landmark 7" turnirinin mətbuat konfransı baş tutdu.

    Mətbuat konfransında cəmi 3 nəfər sual verib. Bilirsiniz niyə? Əvvəla Azərbaycanda MMA idman növünü bilən idman jurnalisti azdır. Bunların sayı 3 olar, ya olmaz. İdman jurnalisti ki tədbirdə Mehman Məmmədovun və ya Nəriman Abbasovun iştirak edəcəyini bilmirsə, səhvini düzəltmək əvəzinə daha da bataqlığa batırsa, o zaman hər şey aydındır.

    Tədbirin təşkilatçılığı kimdə idi? Gənclər və İdman Nazirliyində. Nazirlik isə bu tədbiri keçirməyi Bakı Şəhər Halqasına həvalə etmişdi. Heç bir nəfərdə sual yarandımı ki, "Formula 1" yarışından cavabdeh olan Bakı Şəhər Halqasının loqosu bu tədbirin posterində nə gəzirdi? Bəyəm MMA idmançıları rinqə və ya oktaqona yox, Bakının gözəl trassında bolid sürməyə hazırlaşırdı? Mən də nəyi qoyub, nəyi axtarıram. Üzgüçülük Federasiyasının Mingəçevirdə keçirdiyi "Kürü keçək?" tədbirində Baku City Circuit (BCC) loqosu yer alırsa (halbuki insanlar üzür, maşın sürmür), buna niyə təəccüblənirəm ki? Ümumiyyətlə, BCC mətbuat katibini işlədiyi yerdən çox, gimnastikanın beynəlxalq turnirlərində görəndən bəri heç nəyə təəccüblənməməliyəm...

    Bəs yarışa kimlər çağırılmışdı? Basketbol millimizin üzvü Zaur Paşayev, qadın voleybol millimizin üzvü Aynur İmanova, qız cüdo millimizin üzvləri (ilk 2 insan şəkildə görünür – red.). Bu insanların MMA bilikləri nə qədər çoxdur, deyə bilmərəm. Ancaq onu dəqiq deyə bilərəm ki, ora çağırılan jurnalistlərin MMA bilikləri heç də mənimkindən çox deyil. Bəziləri vaxtı ilə MMA-yə qeyri-ciddi idman növü kimi baxdığından ağız büzürdüsə, Tofiq Musayev, Nəriman Abbasovun uğurları tam dəqiqliyi ilə bəndəniz tərəfindən işıqlandırılırdı. İndi kəmərini müdafiə etməyə çalışan Vüqar Kərəmovun ilk geniş müsahibəsi də mənim işlədiyim redaksiyada çıxıb. Hələ onda onun "Rayzin"də çıxışı reallaşmamışdı.

    Bəli, mən həmin turnirə dəvət edilməmişdim. Çünki nazirlik və Bakı Şəhər Halqasının öz jurnalist siyahısı var. Ancaq tədbirə dəvət olunmayanlar arasında narazı olanlar da var. Hər zaman Azərbaycanın bütün MMA idmançılarının beynəlxalq yarışlardakı çıxışlarını işıqlandıran MMA.az səhifəsi də bu biganəlikdən narazı qalıb. Sonda həmin səhifənin admininin bu kiçik qeydinə də nəzər salaq:

    "Biz heç vaxt öz arvadlarını qabağa verən millət olmamışıq. Bizim qonşulardan fərqli olaraq. Amma zaman gəlib, onlara oxşamışıq.

    Xəbərimiz var ki, ölkəmizdə MMA-yı inkişaf etdirən və daima bu industriyanın içində olan insanlar bu tədbirə heç çağırılmayıb, bəzi peşəkar döyüşcülərimiz isə ayaq üstə qalıb. Amma gördüyünüz MMA-in “M” hərfindən başı çıxmayan gözəlçələrə ilk sıralarda yer tapılıb.

    Belə başa düşürük ki, mətbuatda yayılan foto və videolarda, konfransda qara-qura qaqaşların yerinə bunları toplayıblar ki, sivil görünsün.

    Nə vaxtsa, bu ölkədə sadə insanlara yer veriləcək. Yəqin ki".

    Səbuhi Musa

    MMA

    Fərman Həsənovun UFC-dəki növbəti rəqibi erməniəsilli idmançı olacaq

    1.09.2026 12:15:39
    Döyüş növləri

    Bakıda bu il daha bir dünya çempionatı keçiriləcək – FOTO

    20.08.2026 09:27:57
    MMA

    UFC döyüşçüsü: "Maliyyə və menecer olmadan uzağa getmək çətindir" - VİDEO

    12.08.2026 18:10:13
    MMA

    UFC döyüşçüsü Şavkat Raxmonovun atası vəfat edib

    9.08.2026 21:41:33
    Döyüş növləri

    Tofiq Musayev UFC-də 2-ci qələbəsini qazandı

    1.08.2026 21:18:34
    MMA

    Maqomed Ankalayev Bordan Quskovu nokaut etdi

    26.07.2026 11:27:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    Bakıdakı futbol üzrə dünya çempionatı ilə bağlı yeni detallar ortaya çıxdı

    21.09.2026 09:47:03

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved