Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (K44, 70 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən Qran-pri Finalında bürünc medal qazanıb.
Prosport.Az xəbər verir ki, paralimpiyaçı 1/4 final mərhələsində qazaxıstanlı Askar Dinmukhammedi məğlub edib.
O, yarımfinalda meksikalı Juan Dueqo Qarsia Lopezə uduzub.
3-cü yer uğrunda görüşdə braziliyalı rəqibi Valter Sedano Delfino de Oliveyra döyüşə çıxmadığından paralimpiya çempionumuz bürünc mükafat qazanıb.
