"Neftçi" basketbol klubunun heyətində daha bir dəyişiklik baş verib.
Prosport.Az xəbər verir ki, ABŞ-dən olan müdafiəçi Cerod Robinsonla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Robinson cari mövsümdə "Neftçi"nin heyətində həm Azərbaycan Basketbol Liqasında (ABL), həm də FIBA Avropa Kubokunda çıxış edib.
