Azərbaycan millisinin üzvü Murad Məmmədovun çıxış etdiyi Kiprin “Pafos” klubu UEFA Konfrans Liqasının Liqa mərhələsinin IV turunda Danimarka təmsilçisi “Midtyulland”a məğlub olub – 0:2.
Prosport.Az xəbər verir ki, həmyerlimiz də qarşılaşmanın iştirakçısı olub. 20 yaşlı yarımmüdafiəçi oyunun 55-ci dəqiqəsində – komandası 0:1 hesabı ilə geridə olarkən meydana çıxıb.
Qeyd edək ki, hazırda “Pafos” 1 xalla 35-ci pillədə qərarlaşıb.
