“Neftçi” Azərbaycan Premyer Liqasının XIII turunda “Zirə” ilə keçiriləcək qarşılaşmanın hazırlığını yekunlaşdırıb.
Prosport.Az xəbər verir ki, “ağ-qaralar”ın heyətində zədəli Murad Xaçayev qarşılaşmanı buraxacaq.
“Zirə”də isə İssa Cibrila, Bayere Lue, Ktatau və Ange Mutsinzi zədə səbəbindən komandaya kömək edə bilməyəcəklər. Hər iki komandanın heyətində cəzalı futbolçu yoxdur.
Qeyd edək ki, noyabrın 27-də “Palms Sports Arena”da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.
Hazırda 27 xalla turnir cədvəlinə başçılıq edən “Neftçi”dən fərqli olaraq, “Zirə” 20 xalla 5-ci pillədə qərarlaşıb.
