Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Səbail"in prezidenti ”Sabah”ı da aldatdı - 20 minlik borc
    26.11.2026 20:38:05

    Bu gün I Liqada doqquzuncu tura start verilib.

    Mövsümə uğursuz başlayan ”Səbail” meydana sabah çıxacaq.

    Qubanı təmsil etməyə hazırlaşan komanda Masazırda ”Şimal”la şimal derbisinə çıxmalıdır. ”Bank Respublika Arena”da keçirilməli olan matç saat 16:00-da başlamalıdır.

    Prosport.Az Sportinfo.az-a istinadən xəbər verir ki, bu qarşılaşma öncə qeyri-müəyyənlik yaranıb. ”Bank Respublika Arena”nın rəhbərliyi ”Səbail”dən icarəhaqqının ödənilməsini tələb edib.

    Belə ki, adıçəkilən klub ”Zirə ” ilə kubok, ”Gəncəbasar” ilə çempionat oyunlarını burada keçirib. Hər matçı təşkilinə görə 10 min manat ödəməyi öz üzərlərinə götürüblər.

    Fəqət, bugünədək həmin vəsait ünvanına çatdırılmayıb. Odur ki, stadiona nəzarət edən ”Sabah” tərəfi ”Səbail”in prezidenti Mirzə Bayrampurdan 20 min manatın klubun büdcəsinə köçürülməsini istəyib.

    Xəbərdarlıq olunub ki, əgər məbləğ nəzərdə tutulan vaxtda verilməsə, arenanın qapılarını üzlərinə açmayacaqlar.

    Yeri gəlmişkən, «Səbail» öz tərəfdaşı tərəfindən məhkəməyə verilə bilər. Söhbət «Macara Travel»dən gedir.

    Problem ondadır ki, klubun prezidenti Mirzə Bayrampur onlar qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınır.

    Belə ki, sözügedən turizm şirkət «Səbail»in avqust ayında Türkiyənin Bolu bölgəsində 15 günlük təlim-məşq toplanışı keçməsinə şərait yaradıb.

    Səfərə çıxan komandanı təyyarə biletləri ilə təmin edib. Di gəl ki, Bayrampur aradan keçən 3 ay ərzində qarşı tərəfin pulunu verməyib.

    Ona bununla bağlı bir neçə dəfə müraciət olunsa da, prezident «bu gün-sabah» deyərək, məsələni uzadıb.

    Ümumiyyətlə, I Liqada çətin günlər yaşayan «Səbail» bir-birinin ardınca sarsıdıcı zərbələr almaqdadır. Bu dəfə AFFA sabiq «dənizçilər»ə sərt üzünü göstərib.

    Federasiya onlara maliyyə yardımını dayandırıb. Aşağı liqanın digər iştirakçılarından fərqli olaraq, «Səbail»in oktyabr üzrə dotasiyasını kəsib.

    Bu addımın da haqlı səbəbi var - klubun başında əyləşənlər qabaqlarına çıxanları aldadır.

    Səbəbkar? Əlbəttə ki, Mirzə Bayrampur.

    Prezident postunu tutan bu zat öz öhdəliklərini yerinə yetirmir. O, bağladığı müqavilə şərtlərini həyata keçirmir. Nəticədə «Səbail» böyük miqdarda borclanıb.

    Şikayətçilərin bir qismi AFFA-nın qapısını döyüb, problem barədə məlumatlandırıb. Təcili araşdırma aparan qurum bu narazılığın haqlı ollmasını aşkarlayıb və «Səbail»ə ayırdığı aylıq 30 min manatın ödənişini dayandırıb.

    AFFA həmçinin müəyyənləşdirib ki, klub rəhbərliyi ötən aylar üzrə aldığı pulu istiqamətləri üzrə xərcləməyib. Həmin vəsaiti nağlaşdıraraq, başqa sahələrə yönəldiblər. Aidiyyatlı şəxslərdən bunun hesabatı istənilib.

    Mirzə Bayrampurun ölkədən çıxışına məhdudiyyət qoyulub.

    Bu, futboldakı fəaliyyəti ilə bağlı deyil. Problem Bayrampura aidiyyatlı şirkətlərdən birindən qaynaqlanır.

    Kənd təsərrüfatı sektoru üzrə ixtisaslaşan şirkətin iri miqdarda borcu yarandığından, ona «stop» tətbiq edilib.

    Həmin borc kifayət qədər böyükdür və uzun müddətdir ödənilmədiyindən, müvafiq dövlət qurumunun şikayəti əsasında belə qərar çıxarılıb.

    Redaksiyamıza o da məlum olub ki, M.Bayrampurun öz adına dövlət qeydiyyatına aldırdığı “Lincoln” markalı, 90 AZ 086 seriyalı avtomobilin üzərinə həbs qoyulub.

    Klub prezidenti ona məxsus digər maşını isə etibarnamə ilə Bahar adlı xanımın istifadəsinə verib.

    Bu, Mirzə Bayrampurun adının keçdiyi ilk qalmaqallı hadisə deyil. Xoşagəlməz olaylar hazırda «Səbail»in özündə də davam edir.

    Otel, qida, geyim və s sahələr üzrə öhdəliklər yerinə yetirilməyib. Üstəlik, Bakıda icarəyə götürülən klub ofisinin qapısına qıfıl vurulub.

    Futbol

    "Səbail"in prezidenti ”Sabah”ı da aldatdı - 20 minlik borc

    26.11.2026 20:38:05
    Futbol

    "Qarabağ"dan xanım azarkeşlərinə jest - Biletlər pulsuz olacaq

    26.11.2026 20:22:04
    Futbol

    "Sabah" bu münasibətlə Valdas Dambrauskası təbrik etdi

    26.11.2026 19:19:11
    Futbol

    “Şahdağ Qusar" 1-ci dövrənin qalibi oldu - Turnir cədvəli

    26.11.2026 18:37:57
    Futbol

    "Sabah" rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verdi

    26.11.2026 17:45:30
    Futbol

    Azarkeş rekordu: "Sabah" - "Barselona" oyunu ilk "3-lük"də

    26.11.2026 17:14:52
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan kubokunun qalibləri müəyyənləşdi

    26.11.2026 20:52:49

    "Səbail"in prezidenti ”Sabah”ı da aldatdı - 20 minlik borc

    26.11.2026 20:38:05

    "Qarabağ"dan xanım azarkeşlərinə jest - Biletlər pulsuz olacaq

    26.11.2026 20:22:04

    "DH Volley" ilk oyunda Polşa klubuna məğlub oldu

    26.11.2026 19:49:34

    "Sabah" bu münasibətlə Valdas Dambrauskası təbrik etdi

    26.11.2026 19:19:11

    “Şahdağ Qusar" 1-ci dövrənin qalibi oldu - Turnir cədvəli

    26.11.2026 18:37:57

    Dünya çempionatında uğur qazanan veteran güləşçilərlə görüş

    26.11.2026 18:10:57

    "Sabah" rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verdi

    26.11.2026 17:45:30

    Azarkeş rekordu: "Sabah" - "Barselona" oyunu ilk "3-lük"də

    26.11.2026 17:14:52

    Bakıda zədələnən futbolçu uzun müddət oynamaya bilər

    26.11.2026 16:47:34

    Millimiz seçmə mərhələyə böyükhesablı məğlubiyyətlə başladı

    26.11.2026 16:16:29

    Premyer Liqa: Mərkəzi oyunlar FIFA referilərinə tapşırıldı

    26.11.2026 15:43:51

    Gəncə klubunun prezidenti və futbolçusuna cəza verildi

    26.11.2026 15:12:40

    Hansi Flik Bakıdakı qələbədən sonra tarixi uğura imza atdı

    26.11.2026 14:42:03

    Bakıda keçirilən dünya çempionatında 7 erməni idmançı yarışır – ADLAR

    26.11.2026 14:23:50
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved