Azərbaycan I Liqasında ilk dövrənin sonuncu turuna start verilib.
Prosport.Az xəbər verir ki, IX turun ilk oyun günündə 2 matç keçirilib.
Lider “Şahdağ Qusar” səfərdə “Baku Sportinq”in qonağı olub. Matç Qusar klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da, Füzuli Məmmədovun komandası xallarını sayını 22-ə çatdırıb və turun digər oyunlarının nəticələrindən asılı olmayaraq dövrəni lider kimi başa vurub.
“Karvan-Yevlax” isə “Mingəçevir”i 2:1 hesabı ilə məğlub edərək xallarının sayını 19-a çatdırıb və 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu gün turun daha bir oyunu keçiriləcək. 19:00-da start götürəcək qarşılaşmada "Gəncəbasar" MOİK-i qəbul edəcək.
26 noyabr
"Karvan-Yevlax" - "Mingəçevir" 2:1
Qollar: S.Abdullayev, 30, İ.Əliyev, 69 - S.Oqunmola, 43
"Baku Sportinq" - "Şahdağ Qusar" 0:1
Qol: A.Dauda, 90
